Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun 60 illik yubileyi ilə ilə bağlı Riyaziyyat fakültəsində keçirilən fənn olimpiadasının qalibləri mükafatlandırıldı
SDU-nun 60 illik yubileyi ilə ilə bağlı Riyaziyyat fakültəsində keçirilən fənn olimpiadasının qalibləri mükafatlandırıldı
Mayın 27-də Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə SDU-nun 60 illiyinə həsr olunmuş Riyaziyyat fənni üzrə I‒III kurs tələbələri arasında keçirilən olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. 
Öncə Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova çıxış edərək  tədbir iştirakçılarını salamladı, olimpiadanın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, olimpiadanın təşkil edilməsində məqsəd istedadlı tələbələrin aşkar edilməsi, tələbələrdə bu fənnə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. 
Sonra  dekan qalibləri təbrik edərək onlara uğurlar arzuladı və onları fəxri fərman və hədiyyələrlə təltif etdi.
Qeyd edək ki, Riyaziyyat fakültəsində keçirilən fənn olimpiadasında I‒III kurslar üzrə cəmi 102 nəfər tələbə iştirak etmişdir. Onlardan müsabiqənin yekun nəticəsinə görə, I yerə 425 saylı qrupun  tələbəsi  Asif Xələfov, II yerə 442B saylı qrupunun 2 tələbəsi: Dilşad Əliyeva və Şəbnəm İsparova,  III yerə 434 saylı  qrupun  tələbəsi Səfurə İsmayılova layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az