Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz “Ayrılmadı könül candan!” hekayə və esse müsabiqəsində mükafatlandırılıb
Tələbəmiz “Ayrılmadı könül candan!” hekayə və esse müsabiqəsində mükafatlandırılıb
Mayın 25-də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Şuşa İli” çərçivəsində ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında elan etdiyi “Ayrılmadı könül candan!” hekayə və esse müsabiqəsinin yekun tədbiri keçirildi.
Tədbirdə çıxış edən Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva hekayə, esse müsabiqələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında keçirilməsinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə yanaşı, onların Azərbaycan dilinin zənginliklərindən faydalanmaqla öz bilik, bacarıqlarını və yaradıcılıq qabiliyyətlərini nümayiş etdirməsi baxımından da xüsusi əhəmiyyətli olduğunu bildirib. Müsabiqə qaliblərini və iştirakçıları təbrik edən Sevinc Əliyeva onlara gələcəkdə Azərbaycan dilinin saflığının, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində tövsiyələrini çatdıraraq uğurlar arzuladı.
Sonra hekayə və esse müsabiqəsinin qalibləri mükafatlandırıldı.
Qeyd edək ki, müsabiqəyə təqdim olunmuş 53 esse və yazıdan 10 yazının müəllifi qalib seçilərək mükafatlandırılıb. Universitetimizi bu müsabiqədə Filologiya fakültəsinin I kurs, 942 saylı qrup tələbəsi Rəvanə Kərimova “Qarabağ Azərbaycanın musiqi beşiyidir” adlı hekayə ilə təmsil edib. Onun essesi ilk onluğa daxil edilərək ən yaxşı esse heyakəyələr arasında yer alıb. 
Sumqayıt Dövlət Universiteti gənc nəslin vətənpərvərlik və azərbaycançılıq ideologiyası ruhunda tərbiyə edilməsi, milli kimliyimiz olan Azərbaycan dilinə sevginin tələbələrə aşılanması, dövlət dilinin tədrisi və təbliğindəki xidmətlərinə görə Monitorinq Mərkəzinin xüsusi təşəkkürnaməsinə layiq görülüb.
Biz də tələbəmizi bu uğuruna görə təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq!
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az