Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun nümayəndə heyəti “Qaz. Neft. Texnologiya” adlı 30-cu beynəlxalq yubiley sərgisində
SDU-nun nümayəndə heyəti “Qaz. Neft. Texnologiya” adlı 30-cu beynəlxalq yubiley sərgisində
Mayın 24-də Rusiya‒Azərbaycan Universitetləri Assosiasiyasının birgə fəaliyyəti çərçivəsində Ufa Dövlət Neft Texniki Universitetinin və “Qazprom” ASC-nin təşkilatçılığı ilə baş tutan “Qaz. Neft. Texnologiya”: Rusiyanın neft-qaz kimya sənayesində ən böyük ixtisaslaşmış tədbiri” beynəlxalq sərgisi öz işinə başladı. Dörd gün davam edən sərgi çərçivəsində “Qazprom” və ali təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin perspektivlərinə həsr olunmuş dəyirmi masanın təşkil olunması da planlaşdırılmışdır.     
Dəyirmi masa neft-qaz-kimya sənayesi üçün idxalı əvəz edən texnologiyaların inkişafı, karbon yükünün azaldılması və qaz istehsalında rəqəmsal üsulların tətbiqi mövzularına həsr olunmuşdur.
Tədbirdə Sumqayıt Dövlət Universitetini Beynəlxalq əlaqələr üzrə prorektor Qafar Atayevin rəhbərliyi altında Ümumi işlər üzrə prorektor Əsəd Məmmədov, Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov və Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayevdən ibarət nümayəndə heyəti təmsil etdi.
Mayın 25-də sərginin Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Oleq Baulininin moderatorluğu ilə baş tutan “Ali təhsil müəssisələrinin peşəkar kadrların hazırlanması işində inteqrativ yanaşmalar ‒ 2030: perspektivlər, planlar və həll yolları” bölməsində prorektor Qafar Atayev məruzə ilə çıxış etdi.
Prorektor ilk olaraq Sumqayıt Dövlət Universitetinin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının həmsədri professor Elxan Hüseynovun salamlarını çatdıraraq, Assosiasiyanın fəaliyyəti çərçivəsində universitetimizdə və respublikanın digər universitetlərində istifadə etmək üçün təklif olunan OİLEDU neft-qaz təhsil platforması, eləcə də kimya texnologiyası istiqaməti üzrə magistrantlar arasında yekun buraxılış işləri müsabiqəsinin keçirilməsi təşəbbüsünü yüksək dəyərləndirdi və  sözügedən platformanın ali təhsil müəssisələri üçün yüksəkixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli rolu olduğunu və bu platformanın Assosiasiyanın üzvü olan universitetlər tərəfindən tətbiqinin öyrənilməsini təklif etdi.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az