Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İKT-yə əlçatanlıq sahəsində rəqəmsal bacarıqlar“ adlı seminar təşkil olundu
SDU-da “İKT-yə əlçatanlıq sahəsində rəqəmsal bacarıqlar“ adlı seminar təşkil olundu
Mayın 26-da Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin təşkilatçılığı ilə “İKT-yə əlçatanlıq sahəsində rəqəmsal bacarıqlar“ adlı seminar təşkil olundu.
Seminarı fakültə dekanı dosent  Ulduz Ağayev açaraq iştrakçıları salamladı və  XX əsrin sonlarından başlayaraq müasirləşən, qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarının inkişaf  etdirilməsinin hər bir ölkədə prioritet istiqamətlərdən birinə çevrildiyini, müasirləşən dünyanın bir hissəsi sayılan Azərbaycanda da bu gün informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə edildiyini söylədi. Qeyd etdi ki,  2003-cü il fevral ayının 17-də Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003‒2012-ci illər)" ölkəmizdə bu sahənin sürətli inkişafına güclü təkan verdi. Bildirdi ki, son illərdə təhsil sahəsində aparılan islahatlar, yeniliklər rəqabətli, müasir səriştə və bacarıqlara malik təhsilalanların, dövrün mövcud çağırışlarına adekvat cavab verən  mütəxəssislərin hazırlanmasında   əhəmiyyətli faktora çevrilir. Bu baxımdan bəhs olunan hədəflərə çatmaq üçün “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində İKT-yə əlçatanlıq sahəsində rəqəmsal bacarıqlar” adlı  seminarın əhəmiyyəti  danılmazdır. Dekan onu da qeyd etdi ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsinin də informasiyalaşdırılması sürətli inkişaf dövrünü yaşayır. Prezident cənab İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əsas istiqamətlərdən biri də məhz dünyada artan rəqabətə hazır olmaq üçün yüksək rəqabətli insan kapitalının formalaşdırılmasıdır. Bunun üçün isə XXI əsrin tələblərinə uyğun müasir təhsil və innovasiyaları təşviq edən münbit şərait əsas şərtlərdir.
İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri  professor Aqil Hüseynov çıxış edərək bildirdi ki, bu gün dünyamızı müasir texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil. Yaşından, təhsilindən asılı olmayaraq, cəmiyyətin hər bir üzvü üçün İnternet resursları və informasiya texnologiyaları vasitələri  insanlar üçün əlçatandır və onlardan asanlıqla istifadə edilir. Ölkəmiz   müasir informasiya texnologiyalarından aktiv şəkildə istifadə edən ölkələr sırasındadır. Azərbaycan Respublikası özünün ən yüksək inkişafını həm ölkədaxili, həm də beynəlxalq  aləmdə layiqincə göstərir. Bunun ən böyük nümunəsi İkinci Qarabağ müharibəsidir. Müharibə  dönəmində hər bir Azərbaycan vətəndaşı istər ön, istər arxa cəbhədə öz dəstəyini göstərdi. 
İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti Şəlalə Cəfərova “Müasir informasiya texnologiyaları və virtual dünya” mövzusunda çıxış edərək bildirdi ki, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi zərurəti indiki qloballaşma dövründə daha çox hiss olunur və bu texnologiyaların sürətlə inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır.
Sonra dosent Şəlalə Cəfərova “Vikipediya nədir” mövzusunda təqdimatla çıxış etdi.
Seminar maraqlı diskussiya şəraitində davam etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az