Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsində “Fakültənin intellektləri” adlı bilik yarışı keçirildi
Kimya və biologiya fakültəsində “Fakültənin intellektləri” adlı bilik yarışı keçirildi
Mayın 23-də Kimya və biologiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə dəstəyi ilə Sumqayıt Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş “Fakültənin intellektləri” adlı bilik yarışı keçirildi.
Bilik yarışını fakültənin dekan müavini Sabir Ələkbərov açaraq, yarışın keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, bu bilik yarışının keçirilməsində məqsəd Azərbaycanda gənclər siyasətinin önəmli istiqamətlərindən biri olan intellektual hərəkatın inkişafı, gənclərin asudə vaxtının səmərəli təşkili, ali təhsil ocağının intellektual potensialının gücləndirilməsidir. Tələbələrarası rəqabətliliyin artırılması, fakültədəki aktiv tələbələri daha  yaxından tanımaq, müxtəlif yarışlara həmin tələbələri yönləndirərək universiteti və fakültəni təmsil etməkdə bu yarışın da mühüm əhəmiyyəti olacaq. 
İki  mərhələdən ibarət olan yarış fərqli formatlarda keçirildi. Birinci mərhələdə 20 nəfər könüllü tələbənin iştirakı ilə yazılı formatda test sualları cavablandırıldı, 16 sual isə şifahi olaraq səsləndirildi. İkinci mərhələdə əvvəlki mərhələdə iştirak edən tələbələr arasından seçilən ilk  8 nəfər turnirdə iştirak etdi. Onların arasından qaliblər müəyyənləşdirildi. 
Sonda “Fakültənin intellektləri” layihəsi çərçivəsində yarışda iştirak edən 5 nəfər tələbə diplom və sertifikatla mükafatlandırıldılar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az