Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz “1-ci Rəqəmsal İdeya Müsabiqəsi”ndə diplomla təltif olundular
Tələbələrimiz “1-ci Rəqəmsal İdeya Müsabiqəsi”ndə diplomla təltif olundular
18 -19 may 2022-ci il tarixlərində Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “1-ci Rəqəmsal İdeya Müsabiqəsi” keçirilmişdir.
Məlumat üçün bildirək ki, SDU tələbələrinin də qatıldığı bu müsabiqəyə respublikamızın 60 şəhər və rayonundan 1361 nəfər qeydiyyatdan keçmişdir və onlardan  20 nəfər seçilərək müsabiqəyə buraxılmışdır. 
Dörd mərhələdən ibarət olan müsabiqə “Vətənim Azərbaycan-2030”, “Go Vote”, “İnklüziv cəmiyyət və əhalinin sosial rifahının yaxşılaşdırılması” layihələrindən və Heydər Əliyevə həsr olunmuş 10 sualdan ibarət intellekt yarışmasından ibarət idi. 
Müsabiqəni keçirməkdə əsas məqsəd partiyanın gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda quruculuğu bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakının artırılmasıdır.
Mayın 19-da Bakı Ali Neft Məktəbində (BANM) 1-ci Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib. 
Mərasimin sonunda qaliblər mükafatlandırıldı. Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin 427 saylı qrup tələbəsi Sevinc Həsənovanın qatıldığı “Xudayar” komandası I yerə, İqtisadiyyat və idarəetmə fakültəsinin 733 saylı  qrup tələbəsi Sərnaz Nəsirovanın qatıldığı “Zəfər” komandası II yerə layiq görüldü, tələbələrimizin iştirak etdiyi digər komandalar isə  diplomla təltif olundular.
Mayın 23-də universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov müsabiqədə qalib olan tələbələri qəbul edərək universitet rəhbərliyi adından onları təbrik etdi  və uğurlar arzuladı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az