Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da tələbələrin “Şuşa İli” nə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgi təşkil edildi
SDU-da tələbələrin “Şuşa İli” nə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgi təşkil edildi
Mayın 19-da Sumqayıt Dövlət Universitetində “Şuşa İli” nə həsr olunmuş “Şuşa mədəniyyətinin inciləri” mövzusunda tələbələrin rəsm və əl işlərindən ibarət sərgi -müsabiqə təşkil edildi.
Akt zalının foyesində təşkil olunan sərgidə tələbələrin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi.
Sərgidə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Elmar Xəlilov universitetdə “Şuşa İli” ilə bağlı təşkil edilən silsilə tədbirlərdən, sərgi və müsabiqələrdən  söhbət açaraq, tədbirlərin mədəniyyət paytaxtımızın irsinin təbliğinə töhfə olacağını qeyd etdi, sərginin əhəmiyyətindən, Azərbaycanın döyünən ürəyi olan Şuşanın tarixindən, qədimliyindən bəhs etdi. Bildirdi ki, Qarabağın tacının tələbələrin  düşüncələri əsasında, rənglərin dili ilə çatdırılması, rəsmlərdə özünün ifadəsini tapması bir daha torpaq, Vətən sevgisini ortaya qoyur. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfəri, tarixi Qələbəni həm də siyasət və diplomatiya müstəvisində daha da möhkəmləndirir. Təbii ki, bu da öz növbəsində bundan sonra da bütün platformalarda qazanılacaq qələbələrə əsaslı zəmin yaradır. Heç şübhəsiz ki, sülhün əldə edilməsi, nəzərdə tutulan strateji hədəflərə yetişmək üçün bunun böyük əhəmiyyəti, önəmi danılmazdır.
Prorektor onu da vurğuladı ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu öndərin təşəbbüsü ilə qəbul edilib.
Sonra münsif heyəti qismində Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rəssamı, “Tərəqqi” medallı Nizami Dadaşov, teatrın rəssamı, “Tərəqqi” medallı  Arif Müzəffərov, rəssam Müşviq Aslanov və SDU-nun Tələbə-gənclər klubunun  tərtibatçı rəssamı Subhanə Məmmədli 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə tələbələrin əl işləri və rəsm əsərlərini qiymətləndirdilər, təqdim olunmuş əsərlərdə yurd sevgisinin, vətən eşqinin, zəfər sevincinin mükəmməl təcəssüm olunduğunu dilə gətirərək bu tədbirlərin həm yeni istedadların üzə çıxarılmasında, həm də gənclərin vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.
Sərgi iştrakçıların böyük marağına səbəb oldu.
Müsabiqənin yekun nəticəsinə görə, I yerə Mühəndislik fakültəsinin III kurs tələbəsi Ceyran Məmmədova ilə  Kimya və biologiya fakültəsinin III kurs tələbəsi Malak Bairamova, II yerə İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Nuranə Abbasova, III yerə İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbələri: Anar Quluzadə və  Səxavət Cabbarlı  layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az