Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun bir qrup müəllim və tələbə heyəti “Hirkan" Milli Parkına ekskursiya etdilər
SDU-nun bir qrup müəllim və tələbə heyəti “Hirkan" Milli Parkına ekskursiya etdilər
Mayın 14-də Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin bir qrup müəllim və tələbəsi Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara rayonlarının inzibati ərazisində yerləşən "Hirkan" Milli Parkına ekskursiya etdilər.
Ekskursiyada Biologiya və onun tədrisi metodikası kafedrasının dosenti Rafiq Hüseynov, b.m. Zərbab Ağayeva və 338, 333b, 323b qruplarının tələbələri iştirak etdilər.
Tələbələrə "Hirkan" Milli Parkı haqqında geniş məlumat verildi.Bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə yaradılan Milli Park ölkəmizin cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Milli Parkın yaradılmasında məqsəd ərazidə təbiətin kompleks şəkildə qorunması, üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş flora və fauna növlərinin qorunub-saxlanması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.
Milli Parka səfər edən zaman tələbələr hirkan tipli meşələrin zəngin biomüxtəlifliyi ilə tanış oldular və Xanbulan gölünə açılan unikal mənzərəni seyr etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az