Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun dosenti Musa Mustafayevin 60 illik yubileyi qeyd olundu
SDU-nun dosenti Musa Mustafayevin 60 illik yubileyi qeyd olundu
Bu gün Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin Kimya  və onun tədrisi metodikası kafedrasının müdiri dosent Musa Mustafayevin  anadan olmasının 60 illik yubileyi qeyd olunur.
Universitetin rektoru professor Elxan Hüseynov yubilyarın şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından söhbət açdı, yubilyarı 60 illiyi münasibətilə təbrik etdi, Musa Mustafayevin  yüksəkixtisaslı elmi kadrların hazırlanmasındakı müstəsna xidmətlərindən danışdı.
Rektor çıxışının sonunda dosent Musa Mustafayevə “Uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, universitetin ictimai işlərində fəal iştirakına görə və anadan olmasının 60 illik yubileyi munasibətilə” Fəxri fərman və pul mükafatı təqdim etdi.
Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov və digər çıxışçılar dosent  Musa Mustafayevin  kimya sahəsinə verdiyi töhfələrdən danışdılar, yubilyarı 60 illik yubileyi münasibətilə təbrik etdilər. Çıxış edənlər onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirdilər, alimlə bağlı xoş xatirələrini bölüşdülər.
Sonda Musa Mustafayev ona ünvanlanan xoş sözlərə və təbriklərə görə universitetin rektoru professor Elxan Hüseynova və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Bir daha hörmətli Musa Mustafayevi 60 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az