Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun fakültələrində “Müasir dövlət quruculuğunda Heydər Əliyev” mövzusunda mühazirə dərsləri təşkil edildi
SDU-nun fakültələrində “Müasir dövlət quruculuğunda Heydər Əliyev” mövzusunda mühazirə dərsləri təşkil edildi
Müasir Azərbaycanın memarı kimi yaddaşlara həkk olunan Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram olaraq Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər, konfrans və bütün fakültələrdə “Müasir dövlət quruculuğunda Heydər Əliyev” mövzusunda mühazirə dərsləri təşkil olunur.
Mayın 3-dən başlayaraq Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə SDU-nun bütün fakültələrində “Müasir dövlət quruculuğunda Heydər Əliyev” mövzusunda Tarix və coğrafiya fakültəsinin professor-müəllim heyəti tərəfindən mühazirə dərsləri keçirilir.
Mühazirələrdə  Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, eyni zamanda Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışıldı. Azərbaycanın inkişafının təməl prinsiplərinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini  nəzərə çatdıran məruzəçilər bildirdilər ki, istər müstəqillik dövründə, istərsə də Sovet hakimiyyəti illərində Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada inkişaf etmiş, təhlükəsiz və abad dövlət kimi tanınır və dəstəklənir. Qeyd edildi ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərin işığında bu dahi şəxsiyyətin həyat və fəaliyyətinə yeni baxış bucağından nəzər salarkən onun siyasi portreti daha dolğun görünür.
 Çıxışlarda o da vurğulandı ki, Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində elmə, təhsilə göstərilən qayğı daim mühüm yer tutub. Heç də təsadüfi deyil ki, XX əsrin son 30-cu  illərində Azərbaycan intibahını şərtləndirən amillər sırasında elmin və təhsilin yüksəlişi xüsusilə diqqəti cəlb edirdi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra elm və təhsilə göstərilən diqqət və qayğı elə ilk günlərdən bir daha özünü göstərib. Heydər Əliyevin tarixi qayıdışından sonra ölkədə hazırlanan və həyata keçirilən strateji xətt təhsil müəssisələrini normal fəaliyyət halına gətirməklə, təhsilin milli tərəqqimizin həqiqi, güclü amilinə çevrilməsi üçün bu sahədə geniş islahatlar proqramının işlənib-hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürüb. Bütün sahələrdə, o cümlədən hərbi sahədə ixtisaslı kadrların da kifayət qədər olmasının məhz Ulu öndərin kadr siyasətinin nəticəsi olduğunu vurğuladılar, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini həmin siyasətin nəticəsi kimi dəyərləndirən alimlər Xalq-Ordu-Ali Baş Komandan birliyinin və ordumuzun tarixi qələbəsinin ölkəmizi bir daha dünyaya tanıtdığını bildirdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az