Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Beynəlxalq həftə” tədbirlərinə start verildi
SDU-da “Beynəlxalq həftə” tədbirlərinə start verildi
Mayın 4-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşkilatçılığı ilə “Beynəlxalq həftə” tədbirlərinə start verildi.Tədbiri giriş sözü ilə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev açaraq iştirakçıları salamladı və “Beynəlxalq həftə”nin ilk qonağı Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri Filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevi iştirakçılara təqdim etdi. Bildirdi ki, dövlətimizin inkişaf edərək dünyada öz layiqli yerini tutması üçün ümummilli liderimiz Heydər Əliyev diaspor quruculuğunun təməlini qoymuş və onun layiqli davamçısı, dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid Azərbaycan uğrunda təşkilatlanaraq birləşməsinə nail olunmuşdur. Bu siyasətin kuliminasiya tədbiri kimi 2022-ci ilin aprel ayında Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayının keçirilməsini vurğuladı. 
Tədbirlər silsiləsinin əsas məqsədi dünyanın müxtəlif ölkələrində uğurlu fəaliyyət göstərən azərbaycanlı alim və tədqiqatçıları universitetin tələbə-müəllim auditoriyası ilə görüşdürmək, eyni zamanda onların beynəlxalq aləmə uğurlu inteqrasiya olmaları və onlardan bəhrələnməyə imkan yaratmaq olduğunu bildirərək qonağı universitetimizdə  görməkdən məmnunluğunu ifadə etdi və çıxış üçün sözü ona verdi. 
Aqşin Əliyev “Azərbaycan dilinin beynəlxalq tədrisi: parametrlər və sərhədlər” mövzusunda təqdimatla çıxış etdi. Yeni terminologiya olan Azərbaycan dilinin beynəlxalq tədrisinin məzmunu, metodları və çətinlikləri haqqında geniş məlumat verdi. Seminar iştirakçıların qonağa ünvanladığı suallarla davam etdi. 
Tədbirdə Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, kafedra müdirləri və müəllim-tələbə heyəti iştirak etdilər. 
Qeyd edək ki, bir həftə müddətində ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən nüfuzlu elm adamları SDU-nun müəllim-tələbə heyəti ilə öz təcrübələrini bölüşəcək. Beynəlxalq həftədə Çin, ABŞ, Belçika, Almaniya və Türkiyədən alimlərin iştirakı nəzərdə tutulur.
 
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az