Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun bir qrup müəllim və tələbəsi Sumqayıt Kimya Sənaye Parkında oldular
SDU-nun bir qrup müəllim və tələbəsi Sumqayıt Kimya Sənaye Parkında oldular
Aprelin 22-də SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə Kimya və biologiya, Fizika və elektroenergetika və Mühəndislik fakültələrinin dekanları, professor və müəllim heyətinin bir qrupu Sumqayıt Kimya Sənaye Parkında təşkil olunmuş tədbirdə iştirak etdilər.  
Tədbir iştirakçılarını İqtisadi Zonaların İnkişafı Agentliyi Peşə Təhsil Mərkəzinin rəhbəri vəzifəsini icra edən Yadullah Babayev qarşıladı. Onu da qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyinə daxil olan 25 rezidentdən bir çoxunun: “Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC, “AzerFloat” QSC, “Baku Non Ferrous and Foundry Company” MMC, “MST Engineering Services” MMC, “SIKA” MMC və s. rəhbərləri tədbirdə iştirak edirdi. 
Tədbirdə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəetməsində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinə Dövlət Məşğulluq Agentliyinin sahibkarlara dəstək istiqamətli xidmətlərinin təqdimatı keçirildi. Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı mərkəzləri ilə iş şöbəsinin müdiri Kənan Bağırov “Adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə peşə hazırlığının təşkili və işəgötürənlər üçün proqramın üstünlüyü”, Sosial tədbirlər şöbəsinin müdiri Adil Abdullayev “Sosial müəssisələr və məqsədli proqramlar çərçivəsində işəgötürənlərə dəstək”, Sosial proqramlar şöbəsinin baş mütəxəssisi Toğrul Turabov “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən işsizlikdən sığorta  vəsaiti hesabına maliyyələşdirilməsi”, Abşeron-Xızı RMF-nin Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Elşən Şahverdiyev “Vakansiya bankı üzrə göndərişlər əsasında işə qəbul və birgə əməkdaşlıq” mövzularında təqdimatlarla çıxış etdilər. 
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Aynurə Yəhyayeva öx çıxışında tədbirin əhəmiyyətindən danışdı O, İqtisadi Zonaların İnkişafı Agentliyinə daxil olan rezidentlərin rəhbər işçilərindən əmək bazarı tələbləri nəzərə alınmaqla müasir ixtisaslara qəbul haqqında təkliflər gözləndiyini və bu istiqamətdə artıq "Azərikimya" İB-nin "Etilen-Polietilen" zavodu ilə əməkdaşlıq etdiklərini bildirdi. Gələcəkdə İqtisadi Zonaların İnkişafı Agentliyi timsalında Sumqayıt Kimya Sənaye Parkı ilə SDU arasında əməkdaşlıq memorandumunun imzalanması haqqında fikir mübadiləsi aparıldı.   
Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə SDU arasında müqavilə imzalanması istiqamətində DMA-nın vəzifəli şəxsləri ilə danışıqlar aparıldı. Aynurə Yəhyayeva bu günə kimi Biznesin təşkili və menecment kafedrasının DMA ilə artıq bir tədbir ətrafında əməkdaşlıq etdiklərini diqqətə çatdırdı.
Çıxışlardan sonra SDU-nun əməkdaşları DMA-nın rəsmilərinə öz təklflərini irəli sürdülər. Kimya və biologiya fakültəsinin dekanı Mahal Muradov buraxılış qruplarının DMA-ya hesabatlar tədqim edən müəssisələrdə istehsalat təcrübəsini keçmələri üçün imkan yaradılması və gələcəkdə ən qabiliyyətli tələbələrin həmin müssisələrdə qalıb işlə təmin olunması təklifi ilə çıxış etdi. DMA-nın struktur bölmələrinin rəhbərləri bu təklifə çox isti münasibət göstərdilər, hətta tələbələrin təcrübə keçdikləri dönəmdə onlara müavinət ödənilməsinin mümkünlüyü barədə fikirlər səsləndirdilər.  
Fizika və elektroenergetika fakültəsinin dekanı Tamella Əhmədova isə müəyyən ixtisaslar üzrə peşə təhsili kurslarının SDU-da keçirlməsinin məqsədəuyğun olması ilə bağlı fikirlərini bildirdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az