Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ufa Dövlət Neft Texniki Universitetinin rektoru O.A.Baulin Sumqayıt Dövlət Universitetində oldu
Ufa Dövlət Neft Texniki Universitetinin rektoru O.A.Baulin Sumqayıt Dövlət Universitetində oldu
25‒26 aprel tarixində Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq sahəsində hökümətlərarası komissiyanın növbəti iclası çərçivəsində Rusiya‒Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədri, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Oleq Aleksandroviç Baulin və Sumqayıt Dövlət Universitetinin rektoru, Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri professor Elxan Hüseynov arasında Assosiasiyanın 3-cü Forumunun keçirilməsi məsələsi müzakirə olundu.
Səfər çərçivəsində Ufa Dövlət Neft Texniki Universitetinin rektoru O.A.Baulinin Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti ilə görüşü keçirildi.
Görüşün əsas məqsədi Rusiya‒Azərbaycan universitetləri çərçivəsində bundan sonrakı əməkdaşlığı daha da gücləndirmək, 2021-ci il ərzində bu istiqamətdə  görülmüş işlərin hesabat xarakterli məlumatını çatdırmaq və 2022-ci il üçün nəzərdə tutulmuş addımların birgə müzakirəsi idi.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru, Rusiya –Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri professor Elxan Hüseynov qonağı salamlayaraq, onu universitetimizdə görməkdən məmnun olduğunu bildirdi.
Daha sonra Ufa Dövlət Neft Texniki Universitetinin rektoru O.A.Baulin “2022-ci ilin prioritetləri” mövzusunda geniş təqdimatla çıxış edərək, hər iki universitet arasında mümkün olan birgə tədqiqat-nəşr, tələbə-müəllim mobilliyi, layihələr çərçivəsində yeni tərəfdaşlıq imkanlarından danışdı. 
Rektor Elxan Hüseynov Ufa Dövlət Neft Texniki Universitetinin təhsildə innovasiya və əcnəbi tələbə qəbulu sahəsində geniş təcrübəsinin olduğunu vurğuladı və bu imkanlardan yararlanmaq barədə  universitetin aidiyyatı inzibati struktur rəhbərlərinə tövsiyələr verdi.
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az