Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi
Aprelin 20-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası rəhbər vəzifəyə təyinatla başladı. Belə ki, universitetin rektoru professor Elxan Hüseynov  dosent Elmar Xəlilovu Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru kimi kollektivə təqdim edərək onu yeni təyinatı münasibəti ilə təbrik etdi, gələcək fəaliyyətində uğurlar arzuladı, gündəlikdə olan məsələləri bir daha şura üzvlərinin nəzərinə çatdırdı.
Elmi Şuranın tərkibində daimi fəaliyyət göstərən komissiyaların yaradılması barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos. Natiq Talıbov çıxış etdi və SDU-nun Elmi Şurasının tərkibində Təhsil və elm; İqtisadi və maliyyə-təsərrüfat fəaliyyətləri; İntizam; Humanitar, sosial, gənclər və idman işləri və Beynəlxalq əlaqələr üzrə komissiyalar yaradıldı və  tərkibi təsdiq edildi. 
2021‒2022-ci tədris ilində magistrantların elmi-tədqiqat, elmi-pedaqoji təcrübələrinin və attestasiyalarının nəticələri barədə Doktorantura və magistratura şöbəsinin müdiri dos. Sabir Xəlilov məlumat verdi. Bildirdi ki, koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, II kurs magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübələri tam yerinə yetirilmişdir. Bildirdi ki, fakültə Elmi Şuralarında II kurs magistrantların attestasiyalarının nəticələri qənaətbəxşdir və attestasiyadan keçməyən magistrantlara 1 ay əlavə vaxt verilməsini məqsədəuyğun hesab olunduğunu diqqətə çatdırdı.
Avropa İttifaqının Tvinning proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində SDU-da pilot layihə kimi seçilmiş ixtisaslar üzrə tədrisin təkmilləşdirilməsi və bəzi təhsil proqramlarının beynəlxalq akkreditasiyaya hazırlanması barədə  rektorun müşaviri dos. Zəfər Hüseynov çıxış etdi. Universitetin fəaliyyəti, struktur və tədris proqramları, o cümlədən Tvinninq layihəsi çərçivəsində görülən işlərdən bəhs etdi və SDU-da layihənin uğurla həyata keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, Avropa İttifaqının Tvinning proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində SDU-da keçirilmiş simulyativ qiymətləndirmə uğurla başa çatmışdır. Layihənin icra olunması istiqamətində keçirilən tədbirlərdə və nəticələrin əldə olunmasında SDU əməkdaşlarının fəaliyyəti müsbət qiymətləndirilib. Layihə çərçivəsində beynəlxalq ekspertlərin hazırladıqları hesabatlar üzrə güclü tərəflərin daha da inkişafı, zəif cəhətlərin aradan qaldırılması, tövsiyələrin həyata keçirilməsi istiqamətində görülən işlərin təhlil olunması və zəruri məsələlərin həll edilməsi istiqamətində səylərin gücləndirilməsi fakültə dekanlarına, kafedra müdirlərinə və aidiyyatı strukturlara tapşırıldı. 
Zəfər Hüseynov qeyd etdi ki, xarici dil biliyinə zərurətin artdığını nəzərə alaraq, gənc müəllimlərin xarici dil öyrənmə səylərinin artırılması, fakültə dekanlarının, kafedra müdirlərinin və Linqvistik Mərkəzin onlara dəstək olmaları məqsədəuyğun olardı. Stimullaşdırıcı tədbir olaraq bəzi ixtisas fənlərini xarici dildə tədris edən müəllimlərin əməkhaqlarına müəyyən əlavələrin edilməsi barədə təkliflərin hazırlanıb rektora təqdim edilməsi Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos. Natiq Talıbova tapşırıldı.
Sonra o, SDU-da Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, Energetika mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Kimya mühəndisliyi ixtisasları üzrə təhsil proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi istiqamətində nəzərdə tutulan işlər, o cümlədən akkreditasiyanı həyata keçirəcək beynəlxalq akkreditasiya qurumunun müəyyən edilməsi ilə bağlı danışıqlar davam etdirildiyini diqqətə çatdırdı.
Müxtəlif məsələlərin müzakirəsi ilə davam edən iclasda SDU-da vakant vəzifələri tutmaq üçün Müsabiqə komissiyasının tərkibinin təsdiqi ilə bağlı məsələyə baxıldı,  yeni tərkib təsdiq olundu. 
Rektor bu münasibətlə müsabiqə komissiyasının üzvlərini təbrik etdi, onlara uğurlar arzuladı.
Sonra Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı dos.S.S.Məhərrəmovanın, Diferensial tənliklər və optimallaşdırma kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı X.İ.Seyfullayevanın doktorluq dissertasiya işi mövzusunun yeni redaksiyada təsdiqi barədə qərar verildi.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Qeyd etdi ki, Elmi Şuraya 8 adda tədris vəsaiti daxil olub, onlardan 4-ü dərs vəsaiti, 4-ü fənn proqramıdır. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
Sonda tex.e.d., prof.V.A.Mustafayevin İnformatika kafedrasında 0,5 şt. professor, fil.e.d., prof.N.V.İsgəndərovanın Xarici dillər kafedrasında 0,5 şt. professor, c.e.d.,prof.İ.İ.Mərdanovun Coğrafiya və onun tədrisi metodikası kafedrasında professor vəzifəsinə seçkisi ilə bağlı qərar verildi.
Bununla da, Elmi Şuranın iclası başa çatdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az