Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 30 ildən sonra xatirə görüşü keçirildi
30 ildən sonra xatirə görüşü keçirildi

Oktyabr 25-də Sumqayıt Dövlət Universitetində 1984-cü ildə təhsilini başa vuran məzunlarla 30ildən sonra xatirə görüşü keçirildi.
Görüşü giriş sözü ilə SDU-nun Mühəndislik fakültəsinin dekanı, dosent Sabir Xəlilov açaraq,  məzunlara universitetin rektoru Elxan Hüseynovun salamlarını çatdırdı. Sabir Xəlilov qeyd etdi ki, sizin təhsil aldığınız Azərbaycan Neft Kimya İnstitutu 2000-ci il 13 iyundan  ulu öndərimiz Heydər Əliyevin Sərəncamı ilə Sumqayıt Dövlət Universiteti adlanır. Universitetimizin 14 yaşı var. Bu təhsil ocağının ömür səhifəsini vərəqlədikcə  son bir ilin uğurları, universitetdə gedən yenidənqurma işləri bötövlükdə təhsil sahəsindəki islahatlar böyük yeniliklərdən xəbər verir. Sizin hər birinizdə bu dediklərimin canlı şahidi ola bilərsiniz.
Tədbirdə  Azərbaycan Dövlət Neft Akademiyasının professoru Cahid Kərimov çıxış edərək bildirdi ki, mən bu təhsil ocağı ilə 1979 –cu ildən tanışam. Cahid Kərimov bu təhsil ocağında 1979-1988-ci illərdə tədris işləri üzrə prorektor, 1988-1989-cu illərdə isə rektor əvəzi işləmişəm. O illərdə burada cəmi bir laboratoriya fəaliyyət göstərirdi. Alimlərin, elmi işçilərin  sayı da az idi. Sumqayıt Dövlət Universiteti statusu alandan sonrakı illərdə isə  mən iki dəfə burada olmuşdum. Üçüncü gəlişim sizin 30illiyinizlə bağlı oldu. Açığını deyim ki, əvvəlki iki dəfəki gəlişimlə, son bu ildəki gəlişimi müqayisə edəndə tam səmimiyyətlə deyirəm ki, SDU tamamilə görünüşünü dəyişib. İstər təhsil sahəsində gedən yenidənqurma, istərsə də universitetin abadlaşması, gözəlləşməsi, universitetdə tələbələr üçün hərtərəfli şərait yaradılıb.  Laboratoriyaların sayı artırılıb. Bu laboratoriyalar Avropa təhsil sisteminin standartlarına cavab verən texniki avadanlıqlarla təmin olunub. Auditoriyalarda proyektorlar, elektron lövhələr quraşdırılıb. Universitetin professor-müəllim heyətinin çalışması üçün  də gözəl şərait yaradılıb.
Tədbirdə məzun, Azərbaycan texniki Universitetinin dosenti Saleh Allahyarov, 1980-1984-cü illərdə həmin təhsil ocağında idman kafedrasının müdiri işləyən, hal-hazırda  Əməkdar bədən tərbiyəsi  və idman xadimi, Prezident təqaüdçüsü Əhməd Rəcəbli dərs dediyi tələbələri haqqında, məzun, Texniki Universitetin Elektroenergetika kafedrasının müdiri  Eldar Əliyev çıxış edərək öz tələbəlik illərində ona dərs deyən müəllimlər haqqında xatirələrini bölüşdülər.
SDU-nun müəllimi Asəf Əmrəliyev çıxış edərək 30 il bundan əvvəl dərs dediyi  tələbələri salamladı. O illərin şirin xatirələrini, sevincli günlərini  kövrək sözlərlə dilə gətirdi.
Maraqlı keçən 30 ildən sonra məzunların görüşü universitetin müəllimləri ilə  xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az