Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycan tarixi abidələr diyarıdır
Azərbaycan tarixi abidələr diyarıdır
Aprelin 18-də Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin, Tarix və coğrafiya fakültəsinin, Gənc alimlər şurasının təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Azərbaycan tarixi abidələr diyarıdır” mövzusunda dəyirmi masa təşkil edildi.
Tədbiri giriş sözü ilə  Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev açaraq iştirakçıları salamladı və bu günün mühüm elmi əhəmiyyətə malik olduğunu qeyd edərək bildirdi ki, YUNESKO-nun qərarı ilə 1983-cü ildən etibarən hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd insanların diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdən ibarətdir. Tarixi abidələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Azərbaycan  bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdəndir. Bu səbəbdən də xalqımızın tarixi qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapmışdır. Əcdadlarımızın yadigarı olan abidələr xalqın keçmişinin, qədim mədəniyyətinin göstəricisi, minilliklər boyu bu torpaqlarda yaşadıqlarını sübut edən daş yaddaşıdır.Tarix və mədəniyyət abidələrini xalqımızın milli sərvəti hesab edən  ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə tarixi-mədəni irsimizin qorunub-saxlanılması üçün böyük işlər görmüş, bu sahədə zəngin qanunvericilik bazası yaratmışdır. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcu kimi təsbit olunmuşdur. Bundan əlavə, 10 aprel 1998-ci ildə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda abidələrin qorunmasının dövlət təminatı, onların əhəmiyyət dərəcələri, tədqiqi və mühafizəsi öz əksini tapmışdır. Dekan onu da qeyd etdi ki, bu gün Ulu öndərin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, təbliği və tədqiqi sahəsində mühüm işlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, o cümlədən milli-mədəni irsimizin qorunub-saxlanması, Azərbaycan mədəniyyəti və dünyada müsbət imici üçün gördüyü işlər ölkəmizdə və beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanır. Onun təşəbbüsü ilə Qız qalası, İçərişəhər, Şirvanşahlar kompleksləri və Qobustan abidələrinin YUNESKO-nun maddi-mədəni irs siyahısına  salınması beynəlxalq aləm və ölkə ictimaiyyəti tərəfindən təqdir olunur. 
Sonra Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova “Azərbaycanın tarixi abidələr irsi”, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “Azərbaycanın tarix və mədəniyyət abidələrinə qarşı erməni vandalizmi”, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi t.f.d. Samirə Məmmədova “Heydər Əliyev Fondunun tarixi abidələrimizin bərpası istiqamətində fəaliyyəti”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllimi Ceyhun Qasımbəyli  “44 günlük Vətən müharibəsindəki qələbəmiz tarixi abidələrimizi yenidən yaşadacaq”, Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi, doktorant Gülnar Rzayeva “Azərbaycanda pasportlaşdırılan tarixi-memarlıq abidələri” adlı mövzularda məruzə ilə  çıxış etdilər . Bildirdilər ki, ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Həmin abidələr və tarixi yerlərimiz öz görkəmləri ilə xalqımızın qədim zəngin tarixə malik olduğunu bir daha nümayiş etdirir.
Natiqlər onu da diqqətə çatdırdılar ki, bu gün erməni cəlladları tərəfindən işğala məruz qalmış ərazilərimizdə məhvə məhkum edilmiş maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı, əvəzolunmaz milli sərvətlərimiz kimi yenidən bərpa edilir. Bu abidələr təkcə maddi mədəniyyət nümunələri deyil, həm də mənəviyyat tariximizin parlaq inciləridir. Bizə hər an kimliyimizi, nəyə qadir olduğumuzu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az