Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Kitabla terapiya” adlı tədbir təşkil olundu
SDU-da “Kitabla terapiya” adlı tədbir təşkil olundu
Aprelin 14-də Sumqayıt Dövlət Universitetində “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Kitabla terapiya adlı tədbirlərin təşkili” layihəsi çərçivəsində “Kitabla terapiya” adlı tədbir keçirildi. 
Tədbirdə ictimai birliyin nümayəndəsi ilə yanaşı, Filologiya fakültəsinin müəllim və tələbə heyəti də iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Pedaqogika və psixologiya kafedrasının müdiri doset Aytəkin Məmmədova tədbir iştirakçılarını salamladı və layihənin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, son dövrlərdə insanların kitablara marağının artırılması, onlarda mütaliə vərdişlərinin formalaşdırılması istiqamətində aparılan işlər təqdirəlayiqdir. 
“Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin sədr müavini, “Kitabla terapiya adlı tədbirlərin təşkili” layihəsinin rəhbəri Kamil Həmidov  Psixokitab: kitab təqdimatlarının keçirilməsinin tələbələr üçün böyük perspektivi olduğunu qeyd etdi.
Sonda layihədə iştirak edən tələbələrə hədiyyələr və sertifikatlar təqdim olundu. 
Qeyd edək ki, “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Kitabla terapiya adlı tədbirlərin təşkili” layihəsinin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az