Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti Avropa İttifaqının Beynəlxalq kadr hazırlığı layihəsində iştirak edəcəkdir
Sumqayıt Dövlət Universiteti Avropa İttifaqının Beynəlxalq kadr hazırlığı layihəsində iştirak edəcəkdir

Son dövrlər Sumqayıt Dövlət Universiteti tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində bir çox uğurlu layihələrə imza atır. Bunlardan biri də  beynəlxalq əlaqələrini inkişaf etdirilməsi üçün Erzamus + proqramında iştirak etməsi və proqram çərçivəsində mühüm nailiyyət əldə etməsidir.
Avropa İttifaqının 2014-2020-ci illər üzrə nəzərdə tutulmuş təhsil, kadr hazırlığı, gənclər və idman sahəsində  Erazmus +  proqramının müsabiqəsi keçirilmişdir. Ali təhsilin potensialının artırılması sektorunda müsabiqənin nəticələri elan edilmişdir. “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ətraf mühit səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı” mövzusunda layihəyə qrant ayrılmışdır. Adından da göründüyü kimi, layihənin əsas məqsədi binaların enerji və ekoloji səmərəliliyi üzrə əyani və distant təhsil formatında müvafiq  peşə bakalavrı hazırlamaq və istehsalatda çalışan mütəxəssislərin peşə hazırlığını təkmilləşdirməkdir.
Bu beynəlxalq layihədə layihənin direktoru : İncəsənət və sənətkarlıq üzrə milli konservatoriya  CNAM  Paris ( Fransa ); texniki koordinatoru: Təhsil və ixtisas üzrə işlə təminat üzrə ictimai maraq qrupu GİPFİPAG (Fransa); keyfiyyət üzrə eksperti : Tsentar za razvitiye i vnedryavane na evropeiski praktiki Ltd-CRVEP Sofya (Bolqarıstan); distant təhsil üzrə eksperti : Beynəlxalq Telematika Universiteti UNİNETTUNO Roma  (İtaliya); Avropa eksperti: Azərbaycan üçün referent: İncəsənət və Ron ALP sənətkalığı üzrə Milli konsrevatoriyalar idarə Assosiasiyası AGNAM Lyon (Fransa); Çin üçün referent: Sevilya Universiteti (İspaniya); Russiya üçün referent: Texnika, iqtisadiyyat və mədəniyyat Ali məktəbi Leipzig (Almaniya); resurs üzrə tərəfdaşlar: Torino Politexnik İnstitutu və Pavia DEGLİ STUDİ Universiteti (İtaliya) olacaqlar.
Layihədə akademik tərəfdaşlar kimi Azərbaycandan Azərbaycan Texniki Universiteti ( Azərbaycan üzrə koordinator), Azərbaycan Memarlıq və İnşaat Universiteti və Sumqayıt Dövlət Universiteti; Çindən Harbin Texnologiya İnstitutu (Çin üzrə koordinator ), Dalian Texnologiya İnstitutu və Beijing Texnologiya universiteti; Rusiyadan Uzaq Şərq Federal Universiteti (Yakutsk, Rusiya üzrə koordinator kimi), Sibir Nəqliyyat Universiteti (Novosibirsk), Tuva Dövlət Universiteti (Kızıl), İrkutsk Dövlət Texniki Universiteti (İrkutsk), Uzaq Şərq Federal Universiteti (Vladivostok), Peşə-Texniki təhsil üzrə Dövlət Komitəsi (Yakutsk) və Dövlət Dağ-Mədən Universiteti (Yekaterinburq) iştirak edəcəklər.
Layihənin 15 oktyabr 2015-ci ildən başlanması planlaşdırılır. Layihənin ümumi müddəti 36 ay, ümumi büdcəsi  isə 999 200 € təşkil edir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az