Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələri V Beynəlxalq olimpiadada iştirak etdilər
SDU-nun tələbələri V Beynəlxalq olimpiadada iştirak etdilər
Aprelin 5-də Ufa Dövlət Neft Texniki Universitetinin Avtomatlaşdırma, telekommunikasiya və metrologiya kafedrasının təşkil etdiyi “Texniki sistemlərin avtomatlaşdırılması” adlı V Beynəlxalq onlayn formatda olimpiada keçirildi.
Olimpiada ölçü vasitələrinin metroloji təminatı, avtomatik idarəetmə nəzəriyyəsi, avtomatlaşdırmanın texniki vasitələri, texniki ölçmə cihazları, elektronika və elektrotexnika, funksional avtomatlaşdırma sxemləri kimi bir neçə geniş sahəni əhatə etdi.
Olimpiada iki mərhələdən ibarət idi. I mərhələ fərdi formada texnoloji proseslərin avtomatlaşdırılmasının əsasları və ölçmənin metroloji təminatı üzrə, II mərhələ isə komanda şəklində texniki sistemlərdə idarəetmənin avtomatlaşdırılmasının əsasları bölməsi üzrə keçirildi. 
Əyani və onlayn formatda keçirilən olimpiadada Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin 625-ci qrup tələbələri: Qüdrət Ağazadə, Əli Həsənli, Ceyran Məmmədova və Pərviz Həsənov onlayn formatda iştirak etdilər.
Qeyd edək ki, nəticələr aprelin 8-də elan olunacaq.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az