Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun müəllim və tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər
SDU-nun müəllim və tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər
Aprelin 2-də  Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə SDU-nun bir qrup müəllim və tələbəsi milli mənəvi dəyərlərimizi, tarixi abidələrimizi, soy-kökümüzü anmaq məqsədilə Quba şəhərinin şimalında yerləşən Quba kütləvi məzarlığını ziyarət etdi, Quba Soyqırımı Memorial Kompleksində qurbanların xatirəsini əbədiləşdirən abidənin önünə gül dəstələri qoydu, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırıldı.
Diqqətə çatdırıldı ki, soyqırımı ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə öz hüquqi-siyasi qiymətini alıb, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıq 1918-ci ilin qanlı günlərində Qubada ermənilər tərəfindən törədilmiş soyqırımının əyani sübutudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzalayıb.
Daha sonra məlumat verildi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də istifadəyə verilib. Muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.
Ekspozisiyada həmçinin ümummilli lider Heydər Əliyevin soyqırımı haqqında Sərəncamı təqdim olunur.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az