Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da "ORC İD, Reseacher İD və Author İD sistemlərində qeydiyyatdan keçmək və fərdi İD kodlarının alınması” mövzusunda təlimlərə start verildi
SDU-da "ORC İD, Reseacher İD və Author İD sistemlərində qeydiyyatdan keçmək və fərdi İD kodlarının alınması” mövzusunda təlimlərə start verildi
Martın  30-da Sumqayıt  Dövlət Universitetində əməkdaşların "ORCİD İnc. şirkətinin Open Researcher and Contributor İD sistemində qeydiyyatdan keçməsi və fərdi İD kodlarının alınması” mövzusunda təlim keçirildi. 
Tədbir SDU-nun Strateji inkişaf planının həyata keçirilməsi ilə bağlı Fəaliyyət planına uyğun təşkil olundu. Tədbiri aparan Elmi hissənin müdiri dosent Orucov Samir ARWU, QS, THE beynəlxalq reytinq sistemlərində universitetimizin layiqli yer tutması istiqamətində elm sahəsində görüləsi işlər barəsində dinləyiciləri məlumatlandırdı. Sözügedən işlər sırasında həm də SDU-nun elmi nəşrlərinin Scopus, Web of Sciense elmi məlumat bazalarında yerləşdirilməsi və nəşriyyatımızın Nəşr Etikası Komitəsinin (COPE) üzvlüyü məsələləri vardı. Bu baxımdan universitetin professor-müəllim və redaksiya heyətinin  Orc İD, Reseacher İD və Author İD sistemlərində qeydiyyatdan keçməsi və fərdi İD kodlarının alınmasının zəruri olduğu tədbir iştirakçılarının nəzərinə çatdırıldı.   
Təlimdə iştirak edən fakültə üzrə mentorlar əldə etdikləri bilikləri fakültə əməkdaşlarına və kafedra üzrə mentorlara çatdırması ilə bağlı tapşırıqlar aldılar. 
Təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az