Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşı Türkiyənin Orta Doğu Teknik Universitetində yerləşən “İnsan-kompüter qarşılıqlı əlaqələri” laboratoriyasında ezamiyyətdə oldu
SDU-nun əməkdaşı Türkiyənin Orta Doğu Teknik Universitetində yerləşən “İnsan-kompüter qarşılıqlı əlaqələri” laboratoriyasında ezamiyyətdə oldu
Martın 21-dən 27-dək “İnsan-kompüter interfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin dekan müavini, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Svetlana Əhmədova Orta Doğu Teknik Universitetinin “İnsan-kompüter qarşılıqlı əlaqəsi” laboratoriyası ilə tanış olmaq üçün Ankara şəhərinə 7 günlük ezamiyyətdə iştirak hüququ qazandı.  
Ezamiyyət ali və orta ixtisas təhsilinin prioritet istiqamətləri üzrə inkişafa xidmət edən təşəbbüslərin dəstəklənməsi məqsədilə Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021‒2022-ci illər üzrə inkişafı” mövzusunda qrant müsabiqəsi çərçivəsində baş tutdu.
Qeyd edək ki, “Naxçıvan” Universiteti, ixtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi kateqoriyasında  “İnsan-kompüter interfeysləri sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi ilə qrant qazanmışdır. 
Layihənin məqsədi “İnsan-kompüter interfeysləri” fənnini tədris edəcək potensial müəllimləri seçmək və fənnin tədris proqramını və dərs kitabını hazırlamaqdır. Bu məqsədlə Təhsil Nazirliyi tabeliyində olan bütün universitetlərin bu fənni tədris edən müəllimləri layihədə iştirak etmək üçün dəvət olundu. Layihəyə qoşulmaq üçün ölkənin beş şəhərinin 15 universitetindən 39 nəfər müraciət etdi. Layihə  3 moduldan ibarət idi, iştirak edənlər 2 modul  üzrə verilən tapşırıqları yerinə yetirdikdən sonra, 100 ballıq sistemlə qiymətləndirildi. Ortalama balı yüksək olan 17 müəllim 3-cü modulda iştirak etmək məqsədilə Türkiyə Respublikasının Ankara şəhərində  yerləşən  Orta Doğu Teknik Universitetinin “İnsan-kompüter qarşılıqlı əlaqəsi” laboratoriyası ilə tanış olmaq üçün Ankara şəhərinə 7 günlük ezamiyyətə göndərildi.
Əməkdaşımız Svetlana Əhmədova professor Kürşat Çağıltayın rəhbərliyi ilə İnsan-kompüter interfeysləri (Human-Computer Interfaces) laboratoriyası ilə tanışlıq, laboratoriyada olan avadanlıqda birbaşa işləmək, koqnitiv modelləşdirmə və İnsan-kompüter interfeysləri (HCİ) tədqiqatçılarının aləti olan  CogTool proqram paketində verilmiş tapşırığı yerinə yetirmək bacarıqlarını mənimsədi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az