Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | FAKÜLTƏNİN İNTELLEKTLƏRİ
FAKÜLTƏNİN İNTELLEKTLƏRİ
Martın 17-də Tarix və coğrafiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Sumqayıt Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş “Fakültənin intellektləri” adlı bilik yarışı keçirildi. 
Yarışı fakültə dekanı professor Adil Baxşəliyev açdı. Bildirdi ki, yarışın məqsədi tələbələr arasında rəqabətin gücləndirilməsi və onların intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq, onların istedadlarının inkişaf etdirilməsi işini  səmərəli təşkil etməkdir. Yarış iki  mərhələdən ibarət olmaqla fərqli formatlarda keçirildi. Birinci mərhələdə 50 nəfər könüllü tələbənin iştirakı ilə test-yazılı formatda keçirildi. 30 sual şifahi olaraq səsləndirildi. İkinci mərhələdə isə əvvəlki mərhələdə iştirak edən tələbələr arasından seçilən ilk 15 nəfər turnirdə iştirak etdi. Onların arasından qaliblər müəyyənləşdirildi. “Fakültənin intellektləri” layihəsi çərçivəsində yarışda iştirak edən 5 nəfər tələbə diplom və sertifikatla mükafatlandırılacaqlar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az