Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İdmançı tələbəmiz I yerə layiq görüldü
İdmançı tələbəmiz I yerə layiq görüldü
Bu gün Azərbaycan dünyanın əsas idman mərkəzlərindən birinə çevrilib. Təbii ki, idman və bədən tərbiyəsinin kütləviləşməsində klublar qədər orta və ali təhsil məktəblərinin də böyük payı var. Belə təhsil ocaqlarından biri də Sumqayıt Dövlət Universitetidir.
Sumqayıt Dövlət Universiteti təhsildə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə edir. Bu istiqamətdə universitetdə hər cür şərait yaradılıb. Belə ki, burada tələbələrin və əməkdaşların fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində məqsədyönlü kompleks tədbirlər həyata keçirilir. Universitetdə idmana olan diqqət və qayğı idman sahəsində ilbəil artmaqda olan uğurlarda özünü büruzə verir. Belə ki, martın 13-də Heydər Əliyev adına Sarayda Novruz bayramına həsr olunmuş 18 yaşdan yuxarı idmançılar arasında keçirilən “A.F.S.O Azerbaijan” Döyüş Liqasının Submission üzrə açıq birinciliyində  70 kq çəki dərəcəsində SDU-nun Kimya və  biologiya fakültəsinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının IV kurs tələbəsi Tahir Qurbanov I yer tutduğuna görə A.F.S.O Azərbaycan Döyüş Liqasının Prezidenti Asim İsmayılov tərəfindən fəxri fərmanla təltif edildi.
Martın 17-də universitetin rektoru professor Elxan Hüseynov yarışda yer tutan idmançı tələbəmizi təbrik etdi, ona gələcəkdə daha böyük uğurlar arzuladı. Qeyd etdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə idman sahəsində də böyük uğurlar əldə olunub. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Dövlət tərəfindən göstərilən diqqət idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasətinin, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.Universitet kollektivi qazanılan uğurlara görə sevinir və onlarla fəxr edir.
Qeyd edək ki, Tahir Qurbanov 28 dekabr 2000-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda dünyaya gəlib. Dəfələrlə beynəlxalq turnirlərin qalibi olaraq 2017-ci ildə Respublika və Bakı çempionu adına layiq görülüb. Bundan əlavə, peşəkar döyüşdə kəmər sahibi olan tələbəmiz  sambo üzrə I dərəcəli idmançı, eləcə də  əlbəyaxa döyüş üzrə məşqçidir.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az