Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun məzun tələbəsindən rektora təşəkkür məktubu
SDU-nun məzun tələbəsindən rektora təşəkkür məktubu

Gənclik hər bir millətin gələcəyidir. Hər bir dövlətin inkişaf etməsi üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensiala malik kadrların yetişdirilməsindən və onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan da Azərbaycan gəncləri ictimai həyatın bütün istiqamətlərində aktiv fəaliyyətləri ilə seçilirlər.
Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov tərəfindən tələbələrin keyfiyyətli təhsil alması, universitetin ictimai həyatında fəal iştirak etmələri, asudə vaxtlarının səmərəli keçirmələri üçün hər cür şərait yaradılır. Onun  diqqət və qayğısının nəticəsidir ki, universitetin nəzdində yaradılan Ritorika Universal Klubu 12 sahə üzrə fəaliyyət göstərir: Layihələr Departamenti, Filosoflar Federasiyası, Fiziklər Cəmiyyəti, Rəngli İdeyalar Akademiyası (CİA), Yazıçılar Birliyi, Həvəskar Jurnalistlər İttifaqı, Biznes Klub, Mədəniyyət və İncəsənət Akademiyası, Politoloqlar Universiteti, Tarixçilər klubu və Qladiator Debatları aiddir. Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti Qladiator Debatlarının təmsil olunduğu ilk universitetdir və gənclərimizin fərdi inkişafına istiqamətlənib.
Tələbəmiz, Ritorika Universal Klubun sədri Arzu Nəbizadənin 20 Yanvar həqiqətlərini ictimaiyyətə 5 dildə çatdırması,  Şuşanın işğal olunmasının 23-cü ildönümünə həsr olunmuş tədbir,  “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası çərçivəsində “MƏN-Motivasiya, Əngəllər, Nəticələr” adlı təlimlərin təşkilində fəal iştirak etməsi hər bir tələbəyə örnəkdir. Tələbələrin maarifləndirilməsinə yönəldilmiş bu fəaliyyət sahələri onların yalnız tələbəlik illərinin məhsuldar olmasına deyil, həmçinin, uğurlu kariyeraya sahib olmalarına bilavasitə kömək edir.
Tələbəlik illərində universitetin ictimai həyatında öz bilik və bacarığı ilə uğurlu fəaliyyət göstərən Arzu Nəbizadə onlara yaradılan şəraitə görə universitetin rektoru, professor Elxan Hüseynova göndərdiyi təşəkkür məktubu bir daha onu sübut edir ki, gələcəyimiz bilikli, savadlı gənclərimizin çiynində yüksələcəkdir.
Biz də öz növbəmizdə, Arzu Nəbizadənin simasında gənclərimizin gələcəkdə uğurlu karyera quracaqlarına inanırıq. Çünki onlar təhsil aldıqları müddətdə yüksək səviyyəli professor-müəllim heyətinin potensial fəaliyyətindən bəhrələnmişlər.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az