Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti ATİAHİ-nin “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsinin qalibi oldu
Sumqayıt Dövlət Universiteti ATİAHİ-nin “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsinin qalibi oldu
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2022-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda elan edilmiş müsabiqəyə yekun vuruldu.
Müsabiqədə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə əsasnaməyə uyğun olaraq, bir çox ali, orta və peşə təhsili müəssisələri iştirak etdilər. Kollektiv müqavilədə əməyin mühafizəsi və əmək şəraiti, işəgötürənin vəzifələrini yerinə yetirməsi, əməyin yaxşılaşdırılması və təhlükəsizliyinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, ictimai müvəkkillərin və səlahiyyətli nümayəndələrin apardığı yoxlamalar, əməyin mühafizə xidməti, işçilərin həyatına və sağlamlığına təhlükə törədən işlərin aradan qaldırılması üçün müəssisənin gördüyü işlər, işçilərin normalara müvafiq sanitar-məişət xidmətləri ilə təmin olunması, COVID-19 pandemiyası ilə əlaqədar görülmüş tədbirləri yüksək səviyyədə təşkil edən Sumqayıt Dövlət Universiteti müsabiqənin qalibi elan olundu.
SDU-nun kollektivi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə 2022-ci ildə keçirilən Respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən fəxri fərmanla təltif edildi.
Sumqayıt Dövlət Universitetinin kollektivi göstərilən diqqətə görə ATİAHİ Respublika Komitəsinin sədri Səttar Möhbalıyevə öz təşəkkürlərini bildirdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az