Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin tədbiri keçirildi
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin tədbiri keçirildi
Martın 4-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində gənclər təşkilatları arasında Qızıl Aypara Cəmiyyətinin 102 illiyinə həsr olunmuş intellektual bilik yarışı keçirildi.
Tədbiri giriş sözü ilə açan bölmə sədri Mətanət Məhərrəmova bu il 102 illiyini qeyd edən Qızıl Aypara Cəmiyyətinin təməlinin 1920-ci ildə general-leytenant Əliağa Şıxlinski tərəfindən qoyulduğu və cəmiyyətin missiyaları barədə məlumat verdi.
Daha sonra yarışa start verildi. 2 hissədən ibarət intellektual yarışda şəhərin müxtəlif sahələrini təmsil edən 7 komanda iştirak edirdi. Yarışın yekun nəticəsinə əsasən I yerə Sumqayıt Könüllü Cəmiyyəti, II yeri Sumqayıt Dövlət Universiteti, III yerə isə Sumqayıt “Asan xidmət” mərkəzinin komandası layiq görüldü. Qalib komandalar bölmə tərəfindən diplom, kubok və hədiyyələrlə təltif edildi.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin komandasını Tarix və coğrafiya fakültəsinin tələbələri: Aslan Musazadə, Ceyhun Əskərov, Anar Qurbanov təmsil edirdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az