Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbəsi “Şuşa” milli mükafatına layiq görüldü
SDU-nun tələbəsi “Şuşa” milli mükafatına layiq görüldü
Yanvarın 29-da Bakı Gənclər Mərkəzində “Zəfər Təntənəsi” təşkilatının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Şuşa ‒ tariximizin dirçələn dəyəri!” adlı tədbir keçirildi.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən “EMEDİA GROUP” media təşkilatının rəhbəri Elşən Əliyev Şuşanın xalqımız üçün əziz və əvəzolunmaz bir məkan olduğunu, yetirdiyi böyük şəxsiyyətləri ilə seçildiyini bildirdi. O, Vətən müharibəsi dövründə düşmənin alınmaz qala hesab etdiyi Şuşanın əfsanəvi hərbi əməliyyatla xilas edildiyini diqqətə çatdıraraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun öz gücünü dünyaya göstərdiyini vurğuladı. Postmüharibə dövründə Şuşada aparılan quruculuq işlərindən bəhs edən E.Əliyev dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2022-ci ilin "Şuşa İli" elan edilməsinin mədəniyyət beşiyimizin bərpa prosesini sürətləndirəcəyini, müxtəlif qurumların Şuşanın dirçəldilməsi istiqamətindəki fəaliyyətlərinin daha səmərəli təşkilinə töhfə verəcəyini diqqətə çatdırdı.
Sonra çıxış edən “Zəfər Təntənəsi” təşkilatının direktoru Vəsilə Qabilqızı 30 ilə yaxın davam edən torpaq həsrətinin 2020-ci ilin payızında 44 gün ərzində başa çatdığını və Şuşanın hərb tarixinin ən mükəmməl döyüşü ilə əsarətdən qurtarıldığını bildirdi. O, Şuşanın əvvəlki mədəni həyatına qovuşmaq üzrə olduğunu qeyd edərək, qədim torpağımızda həyata keçirilən layihələrdən və tədbirlərdən söhbət açdı.
Daha sonra “Şuşa” milli mükafatının təqdimat mərasimi keçirildi. Qazilər, Milli Məclisin deputatları, media nümayəndələri, Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Ömər Xəlilov və fəaliyyəti ilə seçilən digər şəxslər mükafatlandırıldı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az