Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun beynəlxalq reytinqlərdə iştirakının “Strateji Yol Xəritəsi”-nin təqdimat tədbiri keçirildi
SDU-nun beynəlxalq reytinqlərdə iştirakının “Strateji Yol Xəritəsi”-nin təqdimat tədbiri keçirildi
Fevralın 10-da Sumqayıt Dövlət Universitetinin beynəlxalq reytinqlərdə iştirakının “Strateji Yol Xəritəsi”-nin onlayn formatda təqdimat mərasimi keçirildi.
Tədbirdə rektor professor Elxan Hüseynov başda olmaqla, geniş tərkibdə rektorat üzvləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev bu tədbirin əhəmiyyətindən danışaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “2019‒2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, onu rəhbər tutaraq Təhsil Nazirliyinin 30 sentyabr 2021-ci il tarixində “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi ilə qarşılıqlı əməkdaşlıq müqaviləsinin imzalandığını və eləcə də SDU-nun Elmi Şurasının 24.01.2020-ci il tarixli qərarında bu məsələlərin hədəf kimi qarşıya məqsəd qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sonra təqdimatla çıxış üçün sözü Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayevaya verdi.
Sədaqət Fətullayeva təqdimatla çıxış edərək beynəlxalq reytinq sistemlərinin göstəriciləri barədə məlumat verdi və konkret əməli addımlara başlanılmasının bir hədəf kimi qarşıya qoyulduğunu diqqətə çatdırdı.
Daha sonra universitetin akademik heyətinin elmmetrik göstəricilərini artıraraq daha geniş auditoriyaya çatdırmaq məqsədilə Google Scholar sosial-elmi şəbəkəsində qeydiyyatdan keçilməsinin zəruri olduğunu vurğuladı.
Universitet alimlərinin aktiv müzakirələri ilə keçən tədbir qarşıda duran məsələlərin həlli istiqamətində konkret rəy və təkliflərin verilməsi ilə davam etdi.
Sonda universitetinin rektoru professor Elxan Hüseynov tədbiri müsbət qiymətləndirərək bu istiqamətdə görüləcək işlərin aktiv fazaya keçirilməsi üçün rektorun müşaviri Zəfər Hüseynovun başçılığı altında işçi qrupunun yaradılması ilə bağlı göstərişini verdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az