Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz İstanbulda keçirilən Beynəlxalq BMT Modeli konfransında sertifikata layiq görüldü
Tələbəmiz İstanbulda keçirilən Beynəlxalq BMT Modeli konfransında sertifikata layiq görüldü
Yanvarın 6-dan 9-dək Türkiyənin İstanbul şəhərində keçirilən “Dünyanın Dayanıqlı İnkişaf Məqsədləri ‒ 2030” (SDGs) gündəliyinin yaradılması məqsədilə təşkil olunmuş Beynəlxalq BMT Modeli konfransı keçirildi.
Konfransın məqsədi BMT Nizamnaməsi çərçivəsində qlobal məsələlərə toxunan və onlar üzərində işləyən diplomatik BMT komitələrinin sessiyalarının ən doğru simulyasiyalarını gənclərə təqdim etməkdir. Konfrans gənc diplomatlara diplomatiya, danışıqlar aparmaq, siyasətin işlənib-hazırlanması kimi həyati bacarıqları aşılayaraq, dünyanın dəyişdirilməsində öz rolunu oynamaq istəyən və sabahın liderləri olmaq arzusunda olan insanlarla əlaqə yaratmaq imkanı verən sessiyalardan ibarət idi.
Konfransda SDU-dan Kimya və biologiya fakültəsinin Neft kimyası və kimya mühəndisliyi kafedrasının assistenti Elnur Əhmədov və Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Fərid Abbaszadə iştirak etdilər. Tələbəmiz tədbirin BMT Baş Assambleyasında (United Nations General Assembly) Azərbaycanı təmsil edən yeganə iştirakçı oldu və sertifikata layiq görüldü.
Konfransın birinci günündə müxtəlif ölkələrdən qatılan iştirakçıların bir-birləri ilə tanışlıqları, ikinci günü rəsmi hissədə komitə sessiyaları və bu sessiyalarda debatlar keçirildi. Tələbəmiz Fərid Abbaszadə çıxış edərək alternativ enerji mənbələri mövzusu ilə bağlı fikirlərini iştirakçılarla bölüşdü. Konfransın 3-cü günündə İstanbula şəhər turu və yekun bağlanış mərasimi təşkil olundu. Bağlanış mərasimində müxtəlif ölkələri təmsil edən nümayəndələr öz milli adət-ənənələri haqqında məlumatları bölüşdülər.
Qeyd edək ki, konfransda 46 ölkədən nümayəndələr iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az