Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən onlayn təlimdə iştirak etdilər
SDU-nun əməkdaşları Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən onlayn təlimdə iştirak etdilər
Yanvarın 6-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin (ARTN) Beynəlxalq əməkdaşlıq şöbəsi Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun təşkilatçılığı ilə ali təhsil müəssisələrinin əcnəbi tələbələrin qəbulu üzrə məsul əməkdaşları ilə təlim keçirildi.
Təlim Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na edilmiş müvafiq dəyişikliyi barədə məlumatlandırma xarakteri daşıyırdı.
Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənovun da qatıldığı tədbiri Təhsil Sistemlərinin İnformasiyalaşdırılması idarəsinin baş məsləhətçisi Cavad Mustafazadə açaraq, yeni mexanizmi izah edən geniş təqdimatla çıxış etdi və yaranan sualları cavablandırdı.
Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2021-ci il tarixli 302 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq dəyişikliyə əsasən Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisələrinə ARTN-nin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (TMİS)“Elektron sənəd qəbulu” altsistemi vasitəsilə elektron qaydada müraciət etməlidir.
Qeyd edək ki, 01.01.2022-ci il tarixindən qüvvəyə minən dəyişiklik əcnəbi tələbə qəbulunda ali təhsil müəssisələrinin səlahiyyətlərini heç bir şəkildə məhdudlaşdırmır, sadəcə, əcnəblərin ali və orta ixtisas təhsili müəsisələrinə müraciətlərinin mərkəzləşdirilmiş qaydada həmin sistem vasitəsilə ilə həyata keçirilməsini təmin edir.
Görüşdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva və şöbənin əməkdaşı Natavan Quliyeva iştirak etdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az