Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da payız semestrinin imtahan sessiyası başladı
SDU-da payız semestrinin imtahan sessiyası başladı
Yanvarın 5-də Sumqayıt Dövlət Universitetində 2021/22-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başladı. İmtahanlar Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 10 dekabr tarixli F-570 nömrəli əmrinə müvafiq olaraq əyani formada təşkil edildi. Bu əmrə əsasən Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı R-52/1 saylı əmr imzalamışdır.
Təhsil nazirinin əmrinə əsasən imtahanların keçirilməsi zamanı “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq olunmuş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosessinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunması qeyd olunmuşdur.
Sumqayıt Dövlət Universitetində payız imtahan sessiyası 2022-ci ilin yanvarın 5-dən fevralın 2-dək keçirilməsi planlaşdırılmışdır. Universitetdə keçirilən imtahan sessiyasının gedişində yarana biləcək şikayətlərin yerində və operativ şəkildə həll edilməsini təmin etmək məqsədilə Appelyasiya komissiyası, eyni zamanda imtahan sessiyasının gedişinə nəzarət və tələbələr arasında yarana biləcək şikayətlərin operativ şəkildə araşdırılaraq aradan qaldırılması məqsədilə imtahan qərargahı yaradılmışdır.
Qeyd edək ki, payız imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədilə rektorluğun aşağıda adları qeyd olunan nümayəndələri müvafiq fakültələr: Kimya və biologiya və Fizika və elektroenergetika fakültələri üzrə: Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, Tarix və coğrafiya, Filologiya, İqtisadiyyat və idarəetmə, Mühəndislik və Riyaziyyat fakültələri üzrə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov təhkim olunmuşdur.
Sessiya müddətində universitetin Elmi kitabxanasında tələbələrin dərsliklər və dərs vəsaitləri ilə təmin olunması üçün lazımi şərait yaradılmışdır.
Məlumat üçün bildiririk ki, universitetdə imtahanlar ictimaiyyətə açıq keçirilir. İmtahan sessiyası dövründə universitetin İctimai Nəzarət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinin keçirilməsi də nəzərdə tutulub.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az