Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Fizika və elektroenergetika fakültəsində "Tələbələrin elmi-tədqiqat işlərinin təşkili" mövzusunda elmi seminar keçirildi
SDU-da Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Fizika və elektroenergetika fakültəsində "Tələbələrin elmi-tədqiqat işlərinin təşkili" mövzusunda elmi seminar keçirildi
Dekabrın 24-də Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Fizika və elektroenergetika fakültəsinin professor-müəllim və tələbə heyətinin iştirakı ilə "Tələbələrin elmi-tədqiqat işlərinin təşkili" mövzusunda elmi seminar keçirildi.
Seminarı giriş sözü ilə açan fakültə dekanı dosent Tamella Əhmədova iştirakçıları salamladı, seminarın əhəmiyyətindən bəhs etdi. Fakültənin elmi işlərindən və elmi işlərdə qazanılan nailiyyətlərdən danışdı. Dosent Tamella Əhmədova gənc tədqiqatçıların qarşısında dayanan vəzifələrdən, dissertasiya və buraxılış işlərinin yazılma qaydalarından bəhs etdi, tələbələrə elmi fəaliyyətlərində uğurlar arzuladı.
Fakültənin TEC üzrə rəhbəri dosent Xəyalə Əliquliyeva fakültənin TEC-in uğurlarından danışdı.
Elmi seminarda fakültənin müəllimləri: Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının assistenti Aysel Qəribli “Elmi işlərin tədqiqatı, predmeti, elmi istiqaməti, elmi işin refleksiyası”, Fizika və onun tədrisi metodikası kafedrasının müəllimi Vəfa Səlimova “Elmi işlərin araşdırılmasında, materialın toplanması” mövzularında çıxış etdilər.
Seminarda Elektrotexnika və energetika kafedrasının müdiri dosent Nadir Hacıbalayev, Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov və Fizika və onun tədrisi metodikası kafedrasının müdiri dosent Fuad Məmmədov çıxışlarında elmi rəhbərlərlə tələbələrin birgə fəaliyyətindən söz açdılar.
Seminarda SDU-nun TEC Şurasının sədri Şəfa İsayeva çıxış edərək məqalə və tezislərin hazırlanmasının elmi və texniki cəhətləri, elmi məqalədə problemin qoyuluşu, həlli, araşdırmanın giriş, nəticə və xülasə hissələrinin yazılması barədə danışdı.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az