Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Dövlətlərin qlobal su böhranının həlli istiqamətində atdığı addımlar özünü doğruldur” mövzusunda şou-debat keçirildi
SDU-da “Dövlətlərin qlobal su böhranının həlli istiqamətində atdığı addımlar özünü doğruldur” mövzusunda şou-debat keçirildi
Dekabrın 22-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının və Debat klubunun təşkilatçılığı ilə “Dövlətlərin qlobal su böhranının həlli istiqamətində atdığı addımlar özünü doğruldur" mövzusunda şou-debat keçirildi.
Tədbirdə tələbələr, debatsevərlər, universitetin debat qrupunun üzvləri iştirak etdilər.
Debat klubunun sədri Emil Məmmədov çıxış edərək debatın əhəmiyyətindən və gələcək fəaliyyətlətində hansı töhfələr verəcəyindən bəhs etdi. Bildirdi ki, şou-debatın keçirilməsinin əsas məqsədi tələbələrə debat haqqında ətraflı məlumat vermək, debatın nə olduğunu və onlara qazandıra biləcəklərini əyani şəkildə göstərmək, onların gələcək layihə və təlimlərə cəlb olunmasını təmin edərək, peşəkar debatçıların yetişdirilməsinə kömək göstərməkdir.
Daha sonra “Təsdiq” və “İnkar” komandaları “Dövlətlərin qlobal su böhranının həlli istiqamətində atdığı addımlar özünü doğruldur" mövzusunda debata başladılar.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az