Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Atırau Universitetinin nümayəndələri SDU-da keçirilən Beynəlxalq elmi konfransda iştirak etdilər
Atırau Universitetinin nümayəndələri SDU-da keçirilən Beynəlxalq elmi konfransda iştirak etdilər
Qazaxıstan Respubkilasının X.Dosmuxamedov adına Atırau Universitetinin İqtisadiyyat və hüquq fakültəsinin dekanı i.f.d., dosent Elmira Adiyetova və həmin universitetin Direktorlar Şurasının korporativ katibi i.f.d., dosent Ayman Musayeva dekabrın 16-da Sumqayıt Dövlət Universiteti ilə Türkiyənin Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “İnformasiya cəmiyyətində iqtisadiyyatın davamlı inkişaf problemləri” adlı Beynəlxalq elmi konfransda iştirak etdilər.
Dekabrın 17-də qonaqları beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev qəbul etdi, onları Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun və öz adından salamladı, Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyası çərçivəsində Sumqayıt Dövlət Universiteti ilə X.Dosmuxamedov adına Atırau Universiteti arasında mövcud olan əlaqələrinin əhəmiyyətindən söz açdı.
Dosent Ayman Musayeva səmimi qarşılanmağa görə öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, 2016-ci ildə imzalanmış iki universitet arasında əməkdaşlıq haqqında müqavilənin müddəti bitmək üzrədir, əməkdaşlığın daha da genişlənməsi üçün müqavilənin uzadılmasına ehtiyac var.
Sonra tərəflər bir-birinə qarşılıqlı hədiyyələr təqdim etdilər.
Qonaqlar universitetdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində oldular. Mərkəzin direktoru Təranə Namazova qonaqlara mərkəzin yaranması, fəaliyyəti, ümummilli liderin həyatı haqqında ətraflı məlumat verdi.
Daha sonra Elmira Adyetova və Ayman Musayeva İqtisadiyyat və idarəetmə fakültəsi ilə tanış oldular.
Görüşdə fakültə dekanı dosent Aynurə Yəhyayeva, dekan müavini Araz Mirzəbəyov, İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova, Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov, Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri dosent Məlahət Pənahəliyeva, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev iştirak edirdilər. Görüş zamanı tədris planları, magistratura pilləsində ikili diplom proqramları, elmi-tədqiqat və tədris sahələrində birgə fəaliyyət imkanları və perspektivlər müzakirə edildi.
Elmira Adyetova və Ayman Musayeva İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Araz Mirzəbəyovun və İqtisadiyyat kafedrasının baş müəllimi Məhəmməd Əhmədovun müşayiəti ilə Sumqayıt Şəhidlər xiyabanını ziyarət etdilər, şəhidlərin məzarları önünə gül dəstələri düzdülər, şəhərin görməli yerləri ilə tanış oldular.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az