Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz “Marketinq nədir?” mövzusunda keçirilən dəyirmi masada iştirak etdilər
Tələbələrimiz “Marketinq nədir?” mövzusunda keçirilən dəyirmi masada iştirak etdilər
Dekabrın 17-si İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və aktiv tələbə heyətinin iştirakı ilə “Marketinq nədir?” mövzusunda dəyirmi masa keçirildi. Tədbirin təşkilində məqsəd ölkədə baş vermiş marketinq hadisələrinin müzakirəsi, problemlərin araşdırılması və eyni zamanda tələbələrin bu sahə üzrə biliklərinin təkmilləşdirilməsidir.
Tədbiri giriş sözü ilə açan Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı təşkilatın fəaliyyəti və bu tip tədbirlərin aktuallığından danışdı. Azərbaycanda bilik iqtisadiyyatının qurulması prosesində elmin və innovasiyaların tətbiqi çərçivəsində marketinqin rolundan bəhs etdi. Qeyd etdi ki, marketinq bazar iqtisadiyyatının əsasını təşkil edir.
Daha sonra məruzəçi Dünya iqtisadiyyatı və marketinq kafedrasının assistenti Nihad Hüseynov tələbələrə marketinqlə bağlı geniş formada məlumat verdi. Tədbir müzakirələrlə davam etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az