Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşımız ERASMUS+ Məlumat günü tədbirində iştirak etdi
Əməkdaşımız ERASMUS+ Məlumat günü tədbirində iştirak etdi
Dekabrın 15-də Azərbaycan Texniki Universitetində Milli ERASMUS+Azərbaycan ofisinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin, dövlət qurumlarının, vətəndaş cəmiyyətlərinin və digər ERASMUS+ iştirakçılarının nümayəndələrinin iştirakı ilə ERASMUS+ Məlumat günü keçirildi.
Tədbirin əsas məqsədi yeni ERASMUS+ 2022 çağırışında CBHE (Capacity Building in Higher Education - Ali Təhsildə Potensialın Gücləndirilməsi) və bir sıra programlar üzrə məlumatların akkreditasiya olunmuş ali təhsil müəssisələrinə çatdırılması idi.
Tədbiri Azərbaycan Texniki Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Sübhan Namazov açaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələrini və tədbir iştirakçılarını salamladı, AzTU-da görməyindən məmnunluğunu bildirdi və sonra Azərbaycan Texniki Universitetinin Avropa layihələrindəki təcrübəsini bölüşdü.
Daha sonra Milli ERASMUS+ Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov Azərbaycanda ERASMUS+ proqramının rolundan və 2022-ci il çağırışlarındakı yeniliklərdən, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Vüsalə Qurbanova isə ali təhsil sahəsində milli prioritetlər və Təhsil Nazirliyinin ERASMUS+ proqramlarına dəstəyi barədə ətraflı məlumat verdilər.
Tədbirin ikinci hissəsində Pərviz Bağırov 2021‒2027 ERASMUS+ proqramları və mövcud çağrışları iştirakçıların diqqətinə çatdırdı. Sonda tədbir sual-cavab sessiyası ilə davam etdi.
Görüşdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva iştirak edirdi.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az