Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun alimi UDNTU-nun Rəqəmsal Sistemlər, Avtomatlaşdırma və Energetika İnstitutunun tələbə-müəllim heyətinə mühazirə oxudu
SDU-nun alimi UDNTU-nun Rəqəmsal Sistemlər, Avtomatlaşdırma və Energetika İnstitutunun tələbə-müəllim heyətinə mühazirə oxudu
Dekabrın 13-də SDU-nun Fizika və elektroenergetika fakültəsi Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov Ufa Dövlət Neft Texniki Universitetinin Rəqəmsal Sistemlər, Avtomatlaşdırma və Energetika İnstitutunun tələbə-müəllim heyəti üçün “Axın vibrasiyalı-tezlik maye sıxlıqölçənləri” mövzusunda onlayn mühazirə oxudu.
Əvvəlcə dosent Turqay Hüseynov Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədovaya və Ufa Dövlət Neft Texniki Universitetinin Rəqəmsal Sistemlər, Avtomatlaşdırma və Energetika İnstitutunun direktoru prof. Z.X.Pavlovaya mühazirənin keçirilməsi üçün yaratdıqları şəraitə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, ali məktəblər arasında təhsil və elm sahəsində nəzərdə tutulmuş birgə layihələr çərçivəsində təşkil olunmuş tədbirlər tələbə, magistrant, dissertant, professor və müəllim heyətinin qarşılıqlı olaraq aktiv iştirak etmələri üçün mühazirələrin mütəmadi keçirilməsi, Azərbaycan və Rusiya ali məktəbləri arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində böyük rol oynayır.
Mühazirənin sonunda fikir mübadiləsi aparıldı, dosent Turqay Hüseynov mövzu ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırdı.
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az