Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Gənc Sahibkarların II Forumunda SDU-nun ENACTUS komandası layiqincə təmsil olundu
Gənc Sahibkarların II Forumunda SDU-nun ENACTUS komandası layiqincə təmsil olundu
Dekabrın 10-da Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Gənc Sahibkarların II Forumu keçirildi. Tədbirdə müvafiq dövlət qurumlarının və gənclər sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan və bu sahəyə maraq göstərən gənclər iştirak etdilər.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti, bu sahədə görülən işlər barədə məlumat verdi.
KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün yaradılmış imkanlar və bu sahədə KOBİA-nın xidmətləri barədə fikirlərini bölüşüb forumun əhəmiyyətini vurğuladı.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qurumun fəaliyyəti və sahibkarlara göstərilən dəstək barədə danışdı.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov fond tərəfindən gənclərin bilik və bacarıqlarının inkişafı, eləcə də müvafiq təşəbbüs və layihələrin müxtəlif formalarda dəstəklənməsi məqsədilə görülən işlər barədə iştirakçıları məlumatlandırdı. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gənc sahibkarların layihələrinin, sosial sahibkarlığın inkişafının və gənclərin yüksək texnologiyalar sahəsindəki təşəbbüslərinin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini qeyd etdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli özünüməşğulluq proqramının gənclərin sahibkarlıq fəaliyyətinə başlaması üçün önəmini qeyd edib, rəhbərlik etdiyi qurumun özünüməşğulluğun təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verdi.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri barədə onların məlumatlandırılması, fikir və təkliflərinin öyrənilməsi məqsədilə təşkil olunduğunu və artıq ikinci dəfədir ki, keçirildiyini qeyd etdi.
Tədbir çərçivəsində təşkil olunan panel müzakirələrdə Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, KOBİA-nın, Dövlət Məşğulluq Agentliyinin və Azərbaycan Gənclər Fondunun məsul əməkdaşları təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verdi, iştirakçıları maraqlandıran sualları cavablandırdılar.
Qeyd edək ki, forumda Sumqayıt Dövlət Universitetinin ENACTUS komandası layiqincə təmsil olundu. Universitetimizi Sumqayıt Dövlət Universitetinin ENACTUS komandasının kapitanı Şəfa İsayeva təmsil etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az