Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təhsil Nazirliyinin ATM-in Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə məsul şəxsləri ilə ənənəvi görüşü keçirildi
Təhsil Nazirliyinin ATM-in Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə məsul şəxsləri ilə ənənəvi görüşü keçirildi
Dekabrın 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə fəaliyyət göstərən məsul şəxsləri ilə onlayn formatda görüş keçirildi.
Görüşün əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi prosesində mövcud vəziyyəti, beynəlxalq fəaliyyəti ilə yaxından tanış olmaq və bu fəaliyyətin Təhsil Nazirliyi ilə daha səmərəli şəkildə əlaqələndirilməsini təmin etmək, həmçinin əcnəbilərin ölkəmizdə təhsili və təşviqi, prosesin idarə olunması və yeni çağırışları müzakirə etmək idi.
Görüşü Təhsil Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tural Əhmədov açaraq, iştirakçıları salamladı və sözü təhsil nazirinin müavini Firudin Qurbanova verdi. Firudin Qurbanov təhsilin beynəlmiləlləşməsi və əcnəbi vətəndaşların ölkəmizin ATM-lərinə cəlb olunması sahəsində dövlət qanunvericiliyində nəzərdə tutulmuş geniş imkanlardan danışdı, eyni zamanda bu siyasətin ölkənin iqtisadi cəhətdən möhkəmlənməsində də mühüm əhəmiyyət kəsb etdiyini xüsusilə vurğuladı.
Görüşdə Təhsil Nazirliyi əməkdaşları tərəfindən ölkəmizdə təhsil alan əcnəbi tələbələrin ölkələr, universitetlər və təhsil səviyyələrinə uyğun statistikalarını əks etdirən təqdimatlar nümayiş etdirildi və əcnəbi tələbələrin sayının artırılması üçün tapşırıq, tövsiyələr verildi.
Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Mujdat Həsənov və ali təhsil müəssisələrində beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərən prorektor, şöbə müdirləri, əcnəbi tələbələrlə iş üzrə dekanlar və digər məsul şəxslərin iştirak etdiyi görüşdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əlaqələr üzrə prorektor dos. Qafar Atayev və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva iştirak etdilər.
Görüşün sonunda iştirakçıların çoxsaylı sualları Firudin Qurbanov və Təhsil Nazirliyi nümayəndələri tərəfindən cavablandırıldı.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az