Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi
SDU-da ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi
Azərbaycan tarixində misilsiz xidmətləri olan, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin Anım günü münasibəti ilə dekabrın 10-da Sumqayıt Dövlət Universitetində “Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin xalqımıza ən böyük töhfəsidir!” mövzusunda elmi-praktik konfrans onlayn formatda keçirildi.
Əvvəlcə konfrans iştirakçıları ümummilli liderin universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri qoyaraq, Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Konfransı giriş sözü ilə açan rektor professor Elxan Hüseynov bildirdi ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli liderimiz Heydər Əliyevin vəfatından 18 il ötür. Tarixi şəxsiyyət, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı Heydər Əlirza oğlu Əliyev bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə ərmağan etmişdir. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Rektor Azərbaycan xalqının ümummilli lideri Ulu öndər Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətindən ətraflı bəhs edərək qeyd etdi ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir. Bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi. Öz ideyaları ətrafında xalqımızı birləşdirən ümumilli lider Heydər Əliyevin müqəddəs ruhu bu gün bizi bütövləşdirir və mətinləşdirir. Bu gün ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edərək yeni-yeni uğurlara imza atır. Rektor onu da əlavə etdi ki, Ulu öndərin Anım Gününü qeyd etdiyimiz bu günlər tarixi günlərdir. Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir. Xalq-iqtidar birliyi şanlı qələbəmizi, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həllini təmin etmiş oldu. Bu gün Müstəqil Azərbaycan etibarlı əllərdədir. Ölkəmiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf edir. Ölkəmizin sosial-iqtisadi və mədəni həyatını əhatə edən bütün sahələrdə əldə olunan uğurlu nəticələr həm də Ulu öndərin ruhu qarşısında bir hesabatdır. Rektor çıxışının sonunda onu da vurğuladı ki, Heydər Əliyev siyasəti daim yaşayacaq, Azərbaycanın müstəqilliyi əbədi və dönməz olacaqdır!
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin banisidir”, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova “Heydər Əliyevin Azərbaycançılıq ideologiyası”, Maliyyə və mühasibat ucotu kafedrasının müdiri dosent Loğman Abdullayev “Heydər Əliyevin ideyaları ölkə iqtisadiyyatının davamlı inkişafının əsasıdır”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Elnarə Əhmədova “Milli mədəniyyətimizin xilaskarı – Heydər Əliyev”, Tarix və coğrafiya fakültəsinin II kurs magistrantı Ceyhun Əsgərov “Prezident İlham Əliyev ‒ Ulu öndərin arzularını reallaşdıran lider” mövzularında məruzə etdilər. Ulu Öndərin siyasi hakimiyyətdə olduğu illərdə həyata keçirilən quruculuq, abadlıq işlərindən, müstəqil Azərbaycanın qurulması sahəsində göstərdiyi xidmətlərdən danışdılar. Ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs etdilər. Natiqlər əsası Ulu ğndər tərəfindən qoyulmuş Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin qələbə və Zəfər tarixini yazdığını xüsusi vurğuladılar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az