Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Türkiyə Respublikası Sivas Anadolu Məslək liseyinin bir qrup şagird və müəllimindən ibarət heyət Sumqayıt Dövlət Universitetində
Türkiyə Respublikası Sivas Anadolu Məslək liseyinin bir qrup şagird və müəllimindən ibarət heyət Sumqayıt Dövlət Universitetində
Dekabrın 8-i Türkiyə Cümhuriyyətində keçirilən Texnofest yarışının qalibi olaraq Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səlçuk Bayraktardan mükafat almış Anadolu Məslək liseyinin bir qrup şagird və müəllimindən ibarət heyət STEAM layihəsi çərçivəsində “STEAM Azərbaycan” festivalında iştirak etmək üçün respublikamıza səfər etmişdir.
Festivalın məqsədi təhsilalanlarda tənqidi yaradıcı düşüncə, əməkdaşlıq etmə və s. kimi XX əsr bacarıqlarıını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətini yüksəltməkdir.
Səfər çərçivəsində heyət mühəndis texniki yönümlü ali təhsil müəssisələri ilə tanış olmaq məqsədilə Sumqayıt Dövlət Universitetində oldu.
Görüş ilk öncə universitetimizin Heydər Əliyev Mərkəzində keçirildi. Qonaqları Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev salamladı və onları universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi.
Daha sonra heyət universitetin imkanları ilə tanış olmaq məqsədilə Mühəndislik və Fizika və elektroenergetika fakültələrində oldu, universitetin II tədris binasının həyətində açıq səma altında elektroenergetika üzrə Tədris muzeyi və yüksəkgərginlikli yarımstansiya Tədris poliqonunu, Elektrotexnika və energetika kafedrasındakı laboratoriyaları, həmçinin prof. Cavanşir Məmmədovun rəhbərliyi ilə startup layihələrinin işləndiyi İnnovasiya Mərkəzini ziyarət etdilər.
Görüşdə Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev, Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova, Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri t.e.d, professor Cavanşir Məmmədov və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva iştirak etdilər.
Sonda Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev qonaqlara universitet adından hədiyyələr təqdim etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az