Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Hikmət xəzinəsi”adlı ədəbi-bədii tədbir keçirildi
SDU-da Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Hikmət xəzinəsi”adlı ədəbi-bədii tədbir keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880-ci ildönümü ilə əlaqədar “Nizami Gəncəvi İli” elan edilmişdir. Təsdiq olunmuş tədbirlər planına əsasən Sumqayıt Dövlət Universitetində Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində silsilə tədbirlər keçirilir.
Dekabrın 8-də Filologiya fakültəsinin təşkilatçılığı ilə universitetin Böyük Akt zalında karantin qaydalarına əməl olunmaqla Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Hikmət xəzinəsi” adlı ədəbi-bədii tədbir keçirildi.
Tədbirdə əvvəlcə “Nizamidən zərif izlər” adlı videoçarx nümayiş olundu. Videaçarxda universitetin professor-müəllim heyətinin ifalarında Nizami Gəncəvi yaradıcılığından seçilmiş aforizmlər səsləndirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, cari ilin “Nizami Gəncəvi İli” elan edilməsinin azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd etdi və tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, 2021-ci il həm torpaqlarımızın azadlığı uğrunda müharibədə möhtəşəm Qələbəmizin ildönümü, həm də “Nizami Gəncəvi İli” kimi yadda qaldı. Elə 2021-ci ilin “Nizami Gəncəvi ili” və Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi də əsrlərdən süzülüb gələn ümid işığının harmoniyası, xeyrin şərə qalibiyyətidir. “Nizami Gəncəvi İli”nin xalqımızın Zəfər ilinə çevrilmiş 2020-ci ildən sonraya təsadüf etməsi 44 günlük Vətən müharibəsində xeyrin şər üzərində qələbə çalması Qarabağ torpaqlarında hər kəsin rifah içində yaşamasına, xoşbəxt bir həyatın qurulmasına, insan hüquq və azadlıqlarının qorunmasına, ermənilərin illərlə xarabalıqlara çevirdikləri məkanlarımızın yenidən cənnətə çevrilməsinə zəmin yaradan qələbədir.
Dahi Nizaminin zəngin yaradıcılığı barədə məlumat verən rektor onun dünya miqyasında tanınmış mütəfəkkir olduğunu qeyd edərək böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğunu vurğuladı. Bildirdi ki, milli-mənəvi dəyərlərə hörmət Ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən idi. Məhz ümummilli lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. Rektor onu da vurğuladı ki, Nizami Gəncəvi yaradıcılığı nə dərəcədə Azərbaycanla bağlıdırsa, o dərəcədə də ümumbəşəri dəyərlərə xidmət etdiyindən bütün dünyaya örnəkdir. Nizami Gəncəvi böyük şair olmaqla yanaşı, eyni zamanda dahi mütəfəkkir, dərin təfəkkürə sahib filosof idi. Nizami Gəncəvi dünyəvi bir şairdir. Dünya ədəbiyyatının daha da zənginləşməsində mühüm rol oynayan Nizami Gəncəvinin unikallığı ondan ibarətdir ki, o, ardıcıllarını yetişdirdiyi bir məktəb yaradıb. Farsdilli, rusdilli, türkdilli və digər xalqların ədəbiyyatında Nizami Gəncəviyə yüzlərlə nəzirə yazılıb. Ona görə də bütün dünya onu 880 il sonra da böyük hörmətlə yad edir. Onun əsərləri 880 ildir ki, sevilir, oxunur. Nizami Gəncəvi Azərbaycan xalqının fəxri, iftixarıdır.
Sonra rektor professor Elxan Hüseynov Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş bədii qiraət, “Nizamidən zərif izlər” adlı rəsm, “Söz xəzinəmizin fenomeni – Nizami Gəncəvi” mövzusunda ən yaxşı məqalə müsabiqələrinin qaliblərini mükafatlandırdı.
Ədəbi-bədii tədbirdə Azərbaycanın Xalq artisti Samir Cəfərov Nizami Gəncəvinin sözlərinə yazılmış Üzeyir Hacıbəylinin “Sənsiz” romansını ifa etdi. Tələbələrin ifalarında dahi şairin əsərlərindən parçalar söylənildi, “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İsgəndərnamə” və “7 gözəl” əsərlərinin motivləri əsasında hazırlanmış bədii kompozisiya nümayiş etdirildi və şairin sözlərinə bəstələnmiş muğam və romanslar ifa edildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az