Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz YARAT İctimai Birliyinin müəllim və tələbələr üçün təşkil etdiyi ekskursiyada iştirak etdilər
Tələbələrimiz YARAT İctimai Birliyinin müəllim və tələbələr üçün təşkil etdiyi ekskursiyada iştirak etdilər
YARAT İctimai Birliyi müəllim-tələbə heyətinin YARAT Müasir İncəsənət Mərkəzi, XX‒XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi və ARTIM Layihə Məkanına həftəlik ekskursiyalar təşkil edir. Ekskursiyaların əsas məqsədi müəllim və tələbələrin mədəniyyət, incəsənət sahəsində dünyagörüşünün artırılmasıdır.
Dekabrın 1-də Sumqayıt Dövlət Universitetinin bir qrup müəllim və tələbəsindən ibarət heyət YARAT Müasir İncəsənət Mərkəzində oldular. Burada mərkəzin fəaliyyəti barədə tələbələrə ətraflı məlumat verildi və mərkəzin həyata keçirdiyi böyük layihələrdən danışıldı.
YARAT Müasir İncəsənət Mərkəzində Rəşad Ələkbərovun "Özünsən!" adlı fərdi sərgisi təqdim olundu. Qeyd edək ki, Rəşad Ələkbərovun işləri əsasən böyük həcmli, amma qeyri-adi instalyasiyalardır. Bu əsərlər birbaşa anlanmağa, duyulmağa deyil, “sirli” qavrayışa hesablanmışdır. Müəyyən formalara malik və xüsusi şəkildə yerləşdirilmiş müxtəlif, yaxud da əksinə, oxşar əşyalar zəruri bucaq altında işıqlandırıldığı zaman divara çıxış instalyasiyaya az bənzəyən təsvirini salır. Rəşad Ələkbərovun əl işlərinin sehri də məhz yaratdığı xəyal dünyasının ikiləşməsindədir. İmmersiv layihədə rəssamın YARAT-ın sifarişi ilə hazırladığı yeni heykəl və instalyasiyaları nümayiş olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az