Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirildi
Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirildi
Noyabrın 30-da Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamladı və gündəlikdə duran məsələlər barədə məlumat verdi, gündəlik təsdiq olundu.
Magistrant, doktorant və dissertantların attestasiyalarının nəticələri barədə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov çıxış edərək fakültə dekanlarına və kafedra müdirlərinə attestasiyanın keçirilməsində tələbkarlığın daha da artırılmasının tapşırıldığını diqqətə çatdırdı.
SDU-nun “Elmi xəbərlər” jurnalının "Scopus" beynəlxalq elmi məlumat bazasına yerləşdirilməsi üzrə aparılan işlərin vəziyyəti barədə Elmi hissənin müdiri dosent Samir Orucov çıxış etdi. Bildirdi ki, SDU-nun Strateji inkişaf planına uyğun olaraq, “Elmi xəbərlər” jurnalının “Scopus” Beynəlxalq elmi məlumat bazasında yerləşdirilməsi istiqamətində aparılan işlər qənaətbəxşdir. SDU-nun Nəşr etikası komitəsinin (NEK) və “Crossref”in üzvü olması, DOI-nin alınması istiqamətində də işlər davam edir.
SDU-nun yeni loqosunun hazırlanması istiqamətində görülən işlər barədə Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov çıxış etdi. Yeni işlənmiş 12 variantda loqonun təqdimatı yüksək səviyyədə keçirildi və qeyd olundu ki, SDU-nun loqosunun yeni variantının müəyyənləşdirilməsi üçün universitet kollektivinin daha geniş miqyasda rəyinin öyrənilməsi məqsədəuyğundur.
SDU-ya xarici ölkələrdən tələbə qəbulunun vəziyyəti və marketinq fəaliyyətinin gücləndirilməsi haqqında Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev çıxış etdi. Bildirdi ki, Təhsil Nazirliyinin “Ali təhsilə cəlb olunmuş əcnəbi vətəndaşların sayının artırılması” istiqamətində keçirdiyi təlimlərdə SDU-nun əməkdaşları fəal iştirak edir. Əcnəbi tələbələrin təşviqi istiqamətində SDU-nun Marketinq planının istiqaməti əsas hədəf kütləsinin müəyyənləşdirilməsinin qəbul edilməsi və SDU-ya əcnəbi tələbələrin qəbul qaydalarının və universitetimiz haqqında tanıtım xarakterli məlumatların Hədəf kütləsinə çatdırılması istiqamətində Beynəlxalq əlaqələr və əcnəbi tələbələr şöbəsinə tapşırılmasını diqqətə çatdırdı. Qeyd etdi ki, beynəlxalq sərgilərdə, müxtəlif portallarda, sosial şəbəkələrdə SDU-nun fəal iştirakının təmin edilməsi, o cümlədən universitetin PR kompaniyasının aparılması məqsədəuyğundur. Dosent Qafar Atayev ingilis bölməsinin açılması istiqamətində ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə təşkil olunan təlimlərə sorğudan SDU-nun 20 nəfər ingilis dili müəlliminin uğurla keçdiyini və amerikalı mütəxəssis tərəfindən 17 oktyabr 2021-ci il tarixindən başladılmış təlimləri müsbət qiymətləndirdi.
Rektor növbəti mərhələyə hazırlıq işlərinin aparılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayevə tapşırdı.
Dosent Qafar Atayev SDU-nun pedaqoji heyətinin potensialının yüksəldilməsi, həmçinin çoxsaylı Qrant layihələrində iştirak etmək üçün ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyi ilə SDU arasında elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsini məqsədəuyğun hesab etdi.
2022-ci ildə SDU-da keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfransların mövzularının təsdiqi barədə Elmi hissənin müdiri dosent Samir Orucov məlumat verdi. Qeyd etdi ki, SDU-da keçirilən beynəlxalq və respublika səviyyəli elmi konfranslar məzmun və forma cəhətdən yüksək səviyyədə təşkil olunur və keçirilir, konfrans materialları, bir qayda olaraq, konfrans başlayan günə qədər nəfis formada nəşr olunur, 2022-ci ildə də bu ənənənin davam etdirilməsi müvafiq struktur rəhbərlərinə tapşırılıb.
Rektor 2022-ci ildə SDU-da keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfransların mövzularının təsdiq edilməsini və Təhsil Nazirliyinə təqdim olunmasını tapşırdı.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib prof. Muxtar Səmədov məlumat verdi. Qeyd etdi ki, ümumilikdə Elmi Şuraya 6 adda elmi və tədris metodik vəsait daxil olub.
Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az