Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə dəyirmi masa keçirildi
SDU-da Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə dəyirmi masa keçirildi
Oktyabrın 20-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə “Ozan-aşıq sənətinin qüdrətli nümayəndəsi” adlı dəyirmi masa keçirildi. Tədbirdə Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının əməkdaşları və Filologiya fakültəsinin tələbələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan baş müəllim Zöhrə Qafarova Aşıq Ələsgərin Azərbaycan aşıq sənətində yeri və mövqeyi haqqında məlumat verdi. Qeyd etdi ki, bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük saz və söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd olunur. Sənətkarın yubileyinin ölkə miqyasında geniş qeyd edilməsi ilə bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi milli adət-ənənələrimizin öyrənilməsi və xalqımızın zəngin mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Filologiya elmləri doktoru, folklorşünas Avtandil Məmmədov Aşıq Ələsgərin sənət qüdrəti, onun poeziyasının incəlikləri barədə çıxış etdi. Qeyd etdi ki, Aşıq Ələsgər sənəti Azərbaycan aşıq yaradıcılığının zirvəsini təşkil edir. Ona görə də onun yaradıcılığı müxtəlif dövrlərdə öyrənilmiş və tədqiq olunmuşdur. Folklorşünaslıq ETL-in rəhbəri professor Astan Bayramov Aşıq Ələsgərin şeirlərinin dili haqqında çıxış etdi. Onun qoşma və gəraylılarında işlətdiyi toponimlərin üslubi imkanları haqqında ətraflı danışdı. Fakültənin 913 a qrup tələbəsi Gültəkin Hacıyeva Aşıq Ələsgərin sufi görüşləri haqqında məlumat verdi. O, bu qüdrətli sənətkara bəslədiyi sevginin ifadəsi kimi “Aşıq Ələsgərin poeziyasında təsəvvüf” mövzusunda buraxılış işi yazdığını bildirdi. Dəyirmi masa aşığın poeziyası, müasirləri və davamçıları haqqında maraqlı müzakirələrlə davam etdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az