Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş fakültələrarası voleybol spartakiadasının qalibləri müəyyən olundu
Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş fakültələrarası voleybol spartakiadasının qalibləri müəyyən olundu
Ölkəmizdə Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Sumqayıt Dövlət Universitetində də Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi istiqamətində tədbirlər keçirilir. Təşkil olunan tədbirlərin davamı olaraq noyabrın 22-də Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman klubunun təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş fakültələrarası voleybol spartakiadasına start verilmişdir. Yarışda Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrindən ibarət 8 komanda iştirak etmişdir.
Hədəfə çatmaq uğrunda gedən gərgin yarış noyabrın 26-da başa çatdı. Ümumi nəticəyə görə I yerə İqtisadiyyat və idarəetmə, II yerə Filologiya, III yerə Kimya və biologiya fakültələrinin komandaları layiq görüldülər.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az