Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşı “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” beynəlxalq layihəsi çərçivəsində keçirilən seminarda iştirak etdi
SDU-nun əməkdaşı “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” beynəlxalq layihəsi çərçivəsində keçirilən seminarda iştirak etdi
25‒26 noyabr tarixlərində “Həyat Recensi” otelində Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən birgə həyata keçirilən layihə çərçivəsində regional seminar baş tutub.
Tədbiri Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri Vüsal Hüseynov açaraq, Miqrasiya üzrə Regional Təlim Mərkəzinin miqrasiya məsələləri üzrə tədqiqat və tədris sahəsində bacarıqların artırılmasına töhvə verməsi, eləcə də regional səviyyədə qurumlararası əməkdaşlığın gücləndirilməsi baxımından səmərəli platforma olmasını xüsusilə vurğuladı. Eyni zamanda yaradılacaq mərkəzin müasir təlim metodları əsasında miqrasiya sahəsində yüksəkixtisaslı mütəxəssislər hazırlayan ixtisaslaşmış tədris mərkəzinə çevriləcəyinə inandığını bildirdi. Daha sonra BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Vladimir Georgiyevin açılış nitqi, həmçinin layihə çərçivəsində cəlb olunmuş beynəlxalq ekspert xanım İzabel Astorun məruzəsi dinlənilib.
Mərkəzin digər əsas prioritetlərindən biri də peşəkar ekspertlər şəbəkəsinin yaradılması olduğu üçün tədbirdə ali təhsil müəssisələrindən cəlb olunmuş əməkdaşlar da iştirak edirdilər. Sumqayıt Dövlət Universitetini seminarda Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva təmsil edirdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az