Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş fakültələrarası voleybol spartakiadasına start verildi
Sumqayıt Dövlət Universitetində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş fakültələrarası voleybol spartakiadasına start verildi
2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 yanvar tarixli Sərəncamı ilə qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq, 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etdi. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində “Nizami Gəncəvi İli” ilə bağlı Tədbirlər Planı hazırlandı. Tədbirlər Planına müvafiq olaraq, Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində elmi konfranslar, seminarlar, mühazirələr, dəyirmi masalar təşkil edilmişdir. Keçirilən tədbirlərin davamı olaraq noyabrın 22-də Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman klubunun təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş fakültələrarası voleybol spartakiadasına start verildi. Yarışda Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrindən ibarət 8 komanda iştirak etdi, hər komanda 12 nəfərdən ibarətdir.
Qeyd edək ki, spartakiada noyabrın 26-dək davam edəcəkdir.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az