Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə tələbələrimiz Hərbi Qənimətlər Parkına səfər etdilər
Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə tələbələrimiz Hərbi Qənimətlər Parkına səfər etdilər
Noyabrın 13-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" ‒ Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına səfər təşkil olunmuşdur.
Səfər zamanı SDU-nun baş müəllimi, polkovnik-leytenant Tapdıq Hacıyevin bələdçiliyi ilə tələbələrimiz parkdakı eksponatlarla tanış oldu və ətraflı məlumat əldə etdilər.
Tapdıq Hacıyev çıxış edərək bildirdi ki, Hərbi Qənimətlər Parkı xalqımızın qürur mənbəyidir. Bu park çox böyük əhəmiyyət daşıyır. Yetişən gənc nəsil, məktəblilər, tələbələr, ölkəmizə gələn turistlər bu parkı ziyarət etdikcə Ermənistanın məğlub, Azərbaycanın isə qalib ölkə olduğunun bir daha şahidi olacaqlar. Biz haqq işi uğrunda, ərazimizin beynəlxalq səviyyədə tanındığı ərazi bütövlüyü uğrunda mübarizə aparmışıq. Dövlət başçımızın düzgün müəyyənləşdirdiyi siyasi strategiya sayəsində buna nail olduq. Bu park möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən 18 il ərzində işlənən hərbi strategiya və taktikanın və “Dəmir yumruq” əməliyyatının əyani sübutudur. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu düşmənin 30 il ərzində qurduğu sədləri yerlə-yeksan etdi və bununla da, tarixi ədalət bərpa olundu. Hərbi Qənimətlər Parkı indiki və gələcək nəsillər üçün tarix dərsi, eyni zamanda, qürur yeridir.
Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı çıxış edərək tarixi zəfərin qazanılmasının əhəmiyyətindən, post-münaqişə dövründə dövlətin və cəmiyyətin üzərinə düşən vəzifələrdən, həmçinin Vətən müharibəsi iştirakçılarına dövlət dəstəyi barədə danışdı.
Qeyd edək ki, Hərbi Qənimətlər parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər‒M” raketinin qalıqları var.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az